Icma.az
close
up
RU
İmperiya varislərinin Bakı İrəvan barışını alqışlamaması təəccüblü deyil’ Zahid Oruc yazır

İmperiya varislərinin Bakı İrəvan barışını alqışlamaması təəccüblü deyil’ Zahid Oruc yazır

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astanada prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünyada böyük əks-səda doğurdu. Ölkə başçısı qeyd etdi ki, Ermənistana qoyulan tranzit məhdudiyyətləri aradan qaldırılıb. İlk belə addım Qazaxıstan taxılının daşınması olub. Açıqlama İrəvanda yüksək razılıqla qarşılandı, Paşinyan qərarı alqışladı, ölkə başçımıza təşəkkür etdi, lap elə indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazır olduqlarını bildirdi.

Doğrudan da 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir. Bəli, Vətən müharibəmiz təkcə torpaqlarımızın azadlığı deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılırdı. İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdırma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır.

Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mühüm görüşü, vətəndaş cəmiyyəti təmsilçilərimizin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğunda möhkəm iradəsini göstərir. İki xalqın düşmənçiliyindən qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan arasında yaranan barışı alqışlamaması təəccüblü deyil.

Düz 22 il əvvəl, Strasburqda Robert Koçaryan “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, əsrlərlə müharibə aparan almanlar və fransızlar irqçi bəyanatı pisləmədilər. Halbuki əbədi düşmənçilik, köçaryanları haqlı çıxarar. Ona yol vermək olmaz!

Əlbəttə, 30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını heç vaxt unuda bilmərik, lakin müharibəni uduzan erməni xalqının 54 faizi yəni, 700 min nəfəri hazırki Baş nazirə səs veribsə, məğlubiyyətlərini və birgəyaşayışı qəbul ediblər. Deməli, ermənilərin ən azı yarısı, “bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist Njdenin ideoloğiyasından xilas olublar.

Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, işğal və təcavüz cənubi Qafqazı inkişafdan geri qoyub.

Xatırladaq ki, 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, pulsuz. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir.

Əgər bölgədə barış olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq.

Unutmayaq ki,100 il qabaq böyük Üzeyir bütün qafqazlıları sülhə çağırırdı.

Xalqımız qalıcı barışın tərəfdarıdır. Çünki tarixən İrəvan azərbaycanlı kimliyini Bakı ilə birgə əks etdirib.

Qarabağın azadlığı, regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır.

Zahid ORUC

STM rəhbəri, millət vəkili

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri