Icma.az
close
up
RU
80 milyonluq narkotik Gürcüstana Azərbaycandan daxil olub? ŞOK FAKTLAR / VİDEO

80 milyonluq narkotik Gürcüstana Azərbaycandan daxil olub? ŞOK FAKTLAR / VİDEO

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Dünən Gürcüstanda növbəti dəfə dəyəri milyonlarla dollarla ölçülən külli miqdarda narkotik ələ keçirilib.

Gürcüstanın azərbaycandilli Qafqazturk.com saytı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları 250 kiloqram heroin müsadirə edib. Narkotik vasitənin “qara bazar”dakı dəyəri təxminən 80 milyon dollar məbləğində qiymətləndirilir.

Aparılan əməliyyat nəticəsində, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş iki Gürcüstan vətəndaşı saxlanılıb. Onlar  böyük miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda, Gürcüstana qanunsuz yolla gətirməkdə və ölkədən çıxarmağa cəhddə ittiham olunurlar.

Qanunvericiliyə əsasən, bu cür cinayət əməllərinə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, narkotik vasitələrin Gürcüstana hansı ölkədən daxil olduğu haqda heç bir rəsmi açıqlama verilmir. Lakin bəzi mənbələr sözügedən narkotikin Azərbaycan vasitəsilə İrandan daxil olduğunu istisna etmirlər. İddialara görə, son vaxtlar Gürcüstanda İran TIR-larına ciddi nəzarət olunduğundan, bu dəfə İrana məxsus yük maşını ilə yalnız ölkəyə daxil olması təmin edilib. Gürcüstandan çıxarılması isə yerli vətəndaşlara həvalə olunub. Lakin, rəsmi mənbələrin də açıqladığı kimi, gürcülər 250 kq narkotiki ölkədən çıxararkən polisə yaxalanıblar.

Onu da oxucuların diqqətinə çatdıraq ki, sözügedən narkotik vasitələr Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarp Keçid Məntəqəsi yaxınlığında aşkar olunub. Bu haqda yerli saytlara açıqlama verən anonim rəsmi mənbənin dediyinə görə, Gürcüstan DİN həmin narkotikin hansı ölkədən daxil olduğunu məqsədli şəkildə bəyan etmir: “Çünki bu kimi hallar ölkələr arasında münasibətlərin korlanmasına gətirib çıxarır. Hansı ki, biz əvvəllər də bir neçə dəfə belə problem yaşamışıq. Bu səbəbdən, narkotikin keçdiyi trafik yox, sadəcə onun mənşəyi haqda informasiya verməklə kifayətlənməli oluruq. Bu maddələrin də İran mənşəli olduğu kimsədə şübhə doğurmur”.

Məlum açıqlamalardan da bəlli olduğu kimi, Gürcüstan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən 250 kq heroinin Azərbaycan üzərindən ölkəyə daxil olduğuna açıq işarə vurulur. Əslində, “Hürriyyət”ə bu haqda açıqlama verən etibarlı qaynaqlar da sözügedən narkotikin Biləsuvar Gömrük Məntəqəsindən Azərbaycana daxil olduğunu və “Sınıq Körpü” vasitəsilə də ölkədən çıxış etdiyini iddia edirlər. Əlbəttə, bu haqda hələ heç bir rəsmi açıqlama olmadığı üçün, biz bu informasiyanın nə dərəcədə həqiqət olduğunu deyə bilmərik. Amma tezliklə bu və digər suallara cavab verməyə çalışacağıq.

Sonda onu da xatırladaq ki, sentyabrın 27-də içərisində 50 milyon dollarlıq (200 kq) heroin olan İrana məxsus yük maşınının Biləsuvar Gömrük Məntəqsindən daxil olaraq, daha sonra “Sınıq Körpü” Sərhəd Keçid Məntəqəsindən Gürcüstana maneəsiz keçdiyi təsdiq olundu. Bundan sonra gömrük məntəqlərində nəzarət gücləndirilsə də, görünür, hələ də bizim rəsmi qurumlar beynəlxalq narkotik mafiyasının maraqlarından kənara çıxa bilmirlər...

Hurriyyet.az

P.S. Mövzunu davam etdirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri