Koreyalı professor müəllim heyəti BMU nun tədris və innovativ mühiti ilə tanış olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) laboratoriyalarında və Texnoparkda olub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, tanışlıq zamanı qonaqlara laboratoriyalarda tədris və tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, laboratoriyalar müasir avadanlıqlarla təmin olunub, tələbələrin praktiki biliklərinin artırılması üçün geniş imkanlar yaradılıb.
Bununla yanaşı, BMU Texnoparkında startapların, innovativ layihələrin və sənaye-təhsil əməkdaşlığının inkişafı istiqamətində görülən işlər nümayiş etdirilib və yüksək qiymətləndirilib.
Ziyarət zamanı BMU ilə İNHA Universiteti arasında elmi-tədqiqat və təcrübə imkanlarının genişləndirilməsi, həmçinin birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyəti BMU ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının icra vəziyyətinin növbəti monitorinqi məqsədilə ölkəmizdə səfərdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















