İran ABŞ nin 85 hərbi obyektini hədəf aldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
“Qafqazinfo” “Press TV”yə istinadən xəbər verir ki, əməliyyat ABŞ-nin Hörmüz boğazı yaxınlığında İran mövqelərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.
SEPAH-ın bəyanatında Küveytdə yerləşən “Əli əl-Salem” Hərbi Hava Bazası, eləcə də, Bəhreyndəki ABŞ 5-ci Donanmasının komandanlıq mərkəzi və digər hərbi infrastruktur obyektlərinin hədəfə alındığı bildirilib.
İran tərəfi Vaşinqtonu iki ölkə arasında imzalanmış anlaşma memorandumu və atəşkəs şərtlərini pozmaqda ittiham edib.
Bundan əlavə, İnqilab Keşikçiləri İranın cənubundakı Buşehr əyalətinin Hörmüz bölgəsində ABŞ-yə məxsus MQ-9 “Reaper"” pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulduğunu bildirib.
Məlumata görə, PUA İran ərazisinə qarşı hava əməliyyatı həyata keçirərkən hədəfə alınıb.
Baxış sayı:98
Bu xəbər 08 İyul 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















