İran ABŞ yə şərt qoydu: “Qırmızı xətlərimiz var“
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"İsrail və ABŞ ilə qarşıdurmada özünü qalib tərəf hesab edən İran münaqişənin gələcək nizamlama prosesi üçün xüsusi şərtlər formalaşdırır".
Moderator.az xəbər verir ki, bu qənaəti İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar "Mehr" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib.
O vurğulayıb ki, 10 bənddən ibarət xüsusi plan İslam Respublikası üçün toxunulmaz "qırmızı xətt" hesab olunur.
"Şərtləri uğursuzluğa düçar olmuş, qarşısına qoyduğu məqsədlərə çata bilməyən və yalnız dağıntılara gətirib çıxaran hökumət deyil, döyüş meydanında qələbə qazanan dövlət diktə edir. Məhz bu səbəbdən amerikalılar bizim irəli sürdüyümüz şərtlərlə razılaşmalıdırlar", - deyə o bildirib.
Cokar əlavə edib ki, İran tərəfinin hazırladığı 10 bəndlik tələblər istənilən danışıqlar prosesi üçün "qırmızı xətt" hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 17 May 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















