ABŞ İran danışıqlarında qırmızı xətt
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ İranın uranı zənginləşdirməsindən tamamilə imtinasında israr edir ki, bu da Vaşinqtonun danışıqlarda "qırmızı xətti"dir.
Modern.az-ın məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News"a müsahibəsində bildirib.
"Biz ora getməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, "qırmızı xət"ləri qeyd etdi - zənginləşdirmə yoxdur, bütün materialları çıxarmalıyıq", - o deyib.
Uitkoff həmçinin iddia edib ki, bir həftə ərzində Tehran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər kifayət qədər zənginləşdirilmiş urana sahib ola bilər.
O əlavə edib ki, Tramp İranın ABŞ-nin hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə və "təzyiqə baxmayaraq təslim olmaq istəməməsindən" təəccüblənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 22 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















