İran AEBA ilə əməkdaşlığın bərpası üçün şərtini açıqlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yoxlamalarının bərpası yalnız tənzimləyici qurum İranın nüvə obyektlərinin və alimlərinin təhlükəsizliyinin təmin edildiyi barədə rəsmi bəyanat verdikdən sonra mümkün olacaq.
APA xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Vahid Əhmədi bildirib.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına əsasən, “Nüvə silahlarının yayılmaması haqqında” Müqavilənin iştirakçısı olan ölkələrə məxsus bütün nüvə mərkəzləri mühafizə altında olmalı və hücumlara məruz qala bilməz. AEBA ilə istənilən əməkdaşlıq dayandırılıb. Bu dayandırılma həm yoxlamaların keçirilməsini, həm də qarşılıqlı fəaliyyətin digər formalarını əhatə edir. Tehran yalnız konkret şərt yerinə yetirildikdə birgə fəaliyyətə qayıdacaq. Yoxlamaların və Agentliklə əməkdaşlığın bərpası yalnız AEBA İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi üçün zəruri şərtlərin təmin edildiyini rəsmi şəkildə elan etdikdə mümkün olacaq”, – deyə Vahid Əhmədi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 03 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















