İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran gənc alman velosipedçinin casusluq şübhəsi ilə ötən il həbs olunduğunu rəsmi şəkildə təsdiqləyib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumatda İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin Almaniya vətəndaşını həbs etdikləri qeyd olunub. Onun saxlanılma tarixi qeyd olunmasa da, həbs anını əks etdirən videogörüntülərin olduğu bildirilir.
“Mehr” agentliyinin məlumatına görə, saxlanılan şəxs hərbi və nüvə obyektlərinin koordinatlarını və yerlərini qeydə alaraq göndərməkdə ittiham olunur. İttihamlarla və mümkün hüquqi addımlarla bağlı əlavə məlumat verilməyib.
İran üzrə ekspertlər casusluq ittihamının əsassız olduğunu, Tehranın bu həbsi diplomatik danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə biləcəyini iddia edirlər. Almaniyanın Xarici İşlər Nazirliyi məsələyə hələlik münasibət bildirməyib.
Qeyd edək ki, son günlər İran mediası ölkədə casusluqda şübhəli bilinən onlarla şəxsin saxlanılması barədə məlumatlar yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















