İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyun, AZƏRTAC
Əməliyyat zamanı ABŞ-nin İordaniyadakı “Əl-Əzraq” hava bazasındakı dörd hədəf İranın uzaqmənzilli raketləri ilə vurulub.
AZƏRTAC-ın məlumatına görə, hədəflər arasında F-35 qırıcı təyyarələri üçün anqarlar, komandanlıq və idarəetmə mərkəzi də olub.
“Reuters”in məlumatına görə, çərşənbə günü İordaniya ordusu İrandan “Əl-Əzraq” istiqamətində atılan beş raketi ələ keçirdiyini və vurduğunu iddia edib.
İordaniya ordusunun məlumatına görə, vurulan raketlərin dağıntıları bu ölkənin ərazisinə düşüb, lakin heç bir maddi ziyana səbəb olmayıb.
İyunun 10-na keçə gecə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində Amerikanın “Apaçi” helikopterinin vurulmasından sonra İrana hücumlar başlandığını elan edib. ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə mərkəzlərinə və radar stansiyalarına hücum edildiyini bildirib. Bir neçə saat sonra CENTCOM İrana hücumların bitdiyini elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 İyun 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















