İran aprelin 25 dən beynəlxalq uçuşları bərpa edəcək
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
İran aprelin 25-də Tehrandakı İmam Xomeyni adına Aeroportdan beynəlxalq uçuşları bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyinə hava limanının direktoru Ramin Kaşif Azar bildirib. Onun sözlərinə görə, şənbə günü İran paytaxtının hava limanından Türkiyənin İstanbul və Omanın Maskat şəhərlərinə uçuşlar həyata keçiriləcək. Həmin tarixdən etibarən bu istiqamətlərə gediş-dönüş uçuşları başlayacaq və tədricən digər beynəlxalq marşrutlara da icazələr veriləcək. “Bütün infrastruktur və naviqasiya sistemləri tam işlək vəziyyətdədir və uçuş əməliyyatlarının həyata keçirilməsində heç bir problem yoxdur”, - deyə aeroportun direktoru əlavə edib.
Xatırladaq ki, İran fevralın 28-dən bəri hava məkanını ilk dəfə aprelin 18-də mülkü aviasiya üçün qismən açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Aprel 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















