Icma.az
close
up
RU
İran artıq Yaxın Şərqdə təkayaq qalır: Molla rejimi son bir ayda Suriyanı hissəhissə itirdi

İran artıq Yaxın Şərqdə təkayaq qalır: Molla rejimi son bir ayda Suriyanı hissəhissə itirdi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tehran rejiminin bu zolaqdakı ikinci “ayağı” İraqdır. Çox güman ki, Qərb və koalisiya gücləri İranı İraqdan da sıxışdırıb çıxaracaqlar”

Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər İran hərbi müşavirləri və qüvvələri Suriyada olub. İran İslam Şurası Rəyasət Heyətinin üzvü Əhməd Naderi SEPAH komandiri Hüseyn Səlaminin Suriyada baş verənlərlə bağlı Məclisin qapalı iclasında iştirak etdiyini bildirib. Onun sözlərinə görə, iclasda Suriyada Əsəd hökumətinin süqutu və regional inkişafların gələcəyi müzakirə edilib.  Bildirilib ki, Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər İran hərbi müşavirləri və qüvvələri Suriyada olub. Hazırda isə Suriyada İran qüvvələrinin olmadığı bildirilir.  

Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” silahlı qruplaşması Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib. B.Əsəd ailəsi ilə birgə Rusiyaya qaçıb.

 İranın xarici işlər naziri Abbas Əraqçı isə həmin gün Suriyada qurulacaq yeni hökumətlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. XİN başçısı qeyd edib ki, terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir: “Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik”.


Bəşər Əsəddən sonrakı İran-Suriya münasibətlərini dəyərləndirən siyasi şərhçi Sona Əliyeva “Sherg.az”a bildirib ki, Əsəd rejiminin devrilməsi ilə İranın Suriyadakı bütün proksilərinin və oradakı əlaqələrinin iliyi və ilişiyi kəsilib.

Ümumiyyətlə, molla rejiminin son bir ayda Suriyanı hissə-hissə itirdiyini vurğulayan S.Əliyeva qeyd edib ki, Suriyadakı Hizbullah və HƏMAS qruplaşmalarının İraqa keçmək məcburiyyətində qalması da Tehran hökumətinin maraqlarını zərbə altında qoyur:

 “Üsyançıların lideri artıq İranı və onun proksi qüvvəsi “Hizbullah”ı düşmən elan elədi. Bu o deməkdir ki, İran artıq Yaxın Şərqdə təkayaq qalır. Tehran rejiminin bu zolaqdakı ikinci “ayağı” İraqdır. Çox güman ki, Qərb və koalisiya gücləri İranı İraqdan da sıxışdırıb çıxaracaqlar. Ancaq bu halda İrana qarşı müharibə mümkündür. İranı Yaxın Şərqdən tam şəkildə çıxarmadan molla rejiminə qarşı İsrail və ABŞ-nin savaş açması qeyri-mümkündür. Bu baxımdan, İraq İranın Yaxın Şərqdəki son qalası sayılır. Bundan sonrakı mərhələdə İran-Suriya əlaqələri dondurulacaq. Çünki hazırda Suriyada legitim hakimiyyət Culaninin rəhbərlik etdiyi qruplaşmadır. O da İranla münasibətlərdə maraqlı deyil və fars hakimiyyətinə düşmən gözü ilə yanaşır. Bu, İranın 100 ildən sonra Suriyadan əl-ayağının çəkilməsi deməkdir. İran bundan sonra Suriya ilə ancaq beynəlxalq təşkilatlar vasitəsilə yalnız diplomatik əlaqələrdə tərpənişə cəhd göstərəcək. Baxın, İranın Qüds komandanlığı, Hizbullah kimi proksiləri Heyəti-Təhriri-Şam qruplaşmasına qarşı amansızlıq göstəriblər. Bir sözlə, İran artıq Suriyada əsas oyunçulardan deyil. İranın bölgədəki şahmat taxtasını Əl-Culaninin qruplaşması qənimət götürüb. Bundan sonra Tehran İraqdakı mövcudluğunu qorumağa, daha doğrusu, onun müddətini müəyyən zaman kəsiyinə qədər uzatmağa çalışacaq. Culani rəhbərliyindəki Suriya İsrail və Rusiya ilə əməkdaşlığa hazır olduğunu dilə gətirdi. Bu da İranın maraqlarına uyğun deyil. Deməli, bundan sonra Tehran molla hökuməti Suriyaya qarşı “yorğanına görə düşmən” rolunu oynayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri