İran: Avropa üçlüyü ilə danışıqların dəqiq tarixi məlum deyil
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropa üçlüyü ilə danışıqların növbəti raundu ilə bağlı dəqiq tarix təyin olunmayıb”.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuata açıqlamalarında deyib.
“Bizim Avropa üçlüyü ilə (Böyük Britaniya, Fransa və Almaniya) normal münasibətlərimiz var və müxtəlif səviyyələrdə onlarla əlaqə saxlayırıq. Bildiyiniz kimi ötən həftə danışıqlar baş tutub. Növbəti danışıqların dəqiq tarixi müəyyən edilməyib. Lakin, hər hansı bir dəyişiklik olarsa ictimaiyyəti məlumatlandıracağıq”- Bəqayi bildirib.
İsmayıl Bəqayi həmçinin, Almaniya kanslerinin müharibə ilə bağlı bəyanatını şərh edib:
“Aşkar bir təcavüzün “Almaniyanın çirkli işi” olaraq adlandırılması, Almaniya üçün əbədi və tarixi rüsvayçılıqdır. Almaniya və Fransanın ölkəmizə olan təcavüzlə bağlı tutduqları mövqe qəbuledilməzdir”, - İsmayıl Bəqayi ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















