İran Azərbaycan sərhədində tam təhlükəsizlik təmin edilib
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərdəbil əyalətinin Sərhəd Qoşunlarının komandanı, general Seyid Şahin İsmaili İran-Azərbaycan sərhədində vəziyyətin tam sabit olduğunu açıqlayıb.
Ölkə.Az xəbər verir ki, o, “Tasnim News” agentliyinə müsahibəsində bildirib ki, 357 kilometrlik sərhəd boyunca hər hansı bir addım və gərginlik müşahidə olunmur.
İsmaili əlavə edib ki, sərhədlər təhlükəsizliyi məsuliyyətlə və davamlı monitorinq aparılaraq qorunur. Vurğulayıb ki, Azərbaycanla ortaq sərhəd boyunca hər iki tərəf sərhədlərə nəzarət edir və hər hansı pozuntuya yol vermir.
"Biz İran və Azərbaycan Respublikası arasındakı ortaq sərhəddə xarici müdaxilənin təhlükəsizliyi pozmasına imkan verməyəcəyik. Sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi davamlı olaraq həyata keçirilir”, - deyə İsmaili vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:271
Bu xəbər 11 Mart 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















