Icma.az
close
up
RU
“İran Azərbaycanla münaqişə etsə, Tbilisi çətin duruma düşəcək”

“İran Azərbaycanla münaqişə etsə, Tbilisi çətin duruma düşəcək”

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İranla Azərbaycan arasında hərbi münaqişə başlasa, Gürcüstan çətin seçim qarşısında qalacaq”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanda fəaliyyət göstərən Rondel Fondunun rəhbəri Kaxa Qoqolaşvili deyib.

O, hesab edir ki, Gürcüstan Türkiyə və Azərbaycana kömək etsə, onun İran, Ermənistan və Rusiya ilə problemləri olacaq.

Onun sözlərinə görə, Türkiyə mütləq Gürcüstandan Azərbaycan ordusuna dəstək vermək üçün öz qoşunlarının keçməsinə icazə verməsini tələb edəcək.

“İranla Azərbaycan arasında hərbi münaqişə başlayarsa, Türkiyə bizdən mütləq Azərbaycan ordusuna dəstək olmaq və hava məkanından istifadəni təmin etmək üçün öz qoşunlarının keçməsinə icazə verməmizi istəyəcək. Türkiyə və Azərbaycana kömək etsək, dərhal İran, Ermənistan və Rusiya ilə problemimiz olacaq. İran hətta bizim dəmir yollarımızı və avtomobil yollarımızı pilotsuz təyyarələr və raketlərlə hədələyə bilər”, - deyə Qoqolaşvili vurğulayıb.

Ekspertin fikrincə, Gürcüstan Türkiyə və Azərbaycandan imtina etsə, Tblisinin bu iki strateji tərəfdaşla problemləri olacaq. İsrail və ola bilsin ABŞ ilə də problemlər ola bilər.

“Mən heç nəyi sübut etməyə çalışmıram. Sadəcə, güman edirəm ki, biz tərəf seçməli olacağıq, çünki bu vəziyyətdə artıq tarazlıq saxlamaq mümkün deyil. Bəlkə indi Türkiyədən və Qərbdən hərbi yardım istəmək və arzuolunmaz ssenariyə daha yaxşı hazırlaşmaq daha yaxşıdır”, - Qoqolaşvili əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri