“Bizim üçün hər oyun final kimidir” Abbasov
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Neftçi” Misli Premyer Liqasının XIII turunda “Zirə” ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın futbolçusu Rüfət Abbasov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– “Zirə” ilə oyundan gözləntiləriniz nədir?
– Vacib qarşılaşma olacaq. Azarkeşlərimizin önündə oynayacağıq və məqsədimiz qələbə qazanmaqdır.
– Bu mövsüm yeganə məğlubiyyətiniz bu komandaya qarşı olub. Revanş hissi var?
– Bizim üçün hər oyun final kimidir. Məqsədimiz azarkeşlərimizi sevindirmək və üç xalı əldə etməkdir.
– Qış fasiləsinədək digər rəqiblərin hamısı ikinci “altılıq” komandalarıdır. Bu, arxayınlıq yaratmır?
– Xeyr, çempionatda asan komanda yoxdur. Hər matçın öz çətinliyi var. Azı qışa qədər zirvədə qalmaq istəyirik və bunun üçün bütün oyunları qazanmalıyıq.
– Çempionluq yolunda əsas rəqib kimi görürsünüz?
– Bu il yubileyimizdir. Buna görə məqsədimiz yalnız çempionluqdur. “Sabah”, “Qarabağ” və “Turan Tovuz” da bu yerə iddialıdır. Rəqiblərə deyil, özümüzə baxırıq.
– Həm kubokda, həm liqada inamla irəliləyirsiniz. İkisindən birini seçməli olsanız, hansını seçərdiniz?
– Mövsümü iki titulla başa vurmağı hədəfləyirik. Amma mütləq ki, seçim etməliyəmsə, təbii ki, Premyer Liqa deyərəm.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Noyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















