Icma.az
close
up
RU
İran Azərbaycanla sərhəddə raket qurğuları yerləşdirir: Bakı üçün təhlükə varmı? AÇIQLAMA

İran Azərbaycanla sərhəddə raket qurğuları yerləşdirir: Bakı üçün təhlükə varmı? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Azərbaycanla sərhəd ərazilərinə ballistik raket buraxılış qurğuları yerləşdirdiyi barədə məlumatlar yayılıb. Məlumata görə, son günlər İran Araz çayının cənub sahilində hərbi mövcudluğunu gücləndirib. Sosial şəbəkələrdə yayılan fotolarda ballistik raket buraxılış qurğusu olduğu ehtimal edilən texnika və bir neçə hərbi nəqliyyat vasitəsinin əks olunduğu bildirilir. Bununla yanaşı, İranın dövlət mediası ölkənin ali rəhbəri Müctəba Xameneinin yüksək rütbəli hərbi komandirlərlə görüşü barədə məlumat yayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, İran öz sərhədləri daxilində istədiyi addımı ata bilər və bu normaldır:

"Necə ki, biz Azərbaycan olaraq öz sərhədlərimiz daxilində istənilən qərarı veririk və bu qərarın kiməsə nə dərəcədə aidiyyəti olması bizi maraqlandırmır. Bir qədər kobud desək, buna başqalarının qarışmasına ehtiyac yoxdur. Eyni qaydada, İran Azərbaycanla sərhəddə ballistik raket buraxılış qurğuları yerləşdirirsə, deməli, bunun müəyyən məqsədləri var. Bunu birbaşa Azərbaycana təhdid kimi qiymətləndirmək doğru deyil. Bilirsiniz ki, İran hazırda həm İsraillə, həm də ABŞ ilə müharibə şəraitindədir. Azərbaycanın İrana qarşı hər hansı təhlükəsi olmayıb, yoxdur və olmayacaq. Bunu dəfələrlə dövlət başçısı, Müdafiə Nazirliyinin rəhbərliyi və ümumilikdə güc strukturlarının rəhbərləri bəyan ediblər. Ona görə də ballistik raketlərin və ya onların buraxılış qurğularının məhz Azərbaycana qarşı yerləşdirildiyini düşünmək, məncə, doğru yanaşma deyil".

Polkovnik sosial şəbəkədə yayılan görüntülərdən də bəhs etdi:

"Sosial şəbəkələrdə yayılan görüntülərə gəlincə, bilirsiniz ki, süni intellekt vasitəsilə də müəyyən materiallar hazırlanır. Bununla yanaşı, reallıqla müəyyən bağlılığı olan fotolar da paylaşılır. Ancaq hesab edirəm ki, Müctəba Xameneinin bu günlərdə ali hərbi komandanlığa verdiyi göstəriş sırf ABŞ və İsrailin İrana yenidən hücumu ehtimalı ilə bağlıdır. Böyük ehtimalla, Azərbaycanla sərhəddə yerləşən ərazilərdəki ballistik raket buraxılış qurğuları da məhz bu məqsədlə yerləşdirilib.

Hər bir ölkə öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün müəyyən qərarlar verir. Məlumat doğrudursa, bir daha qeyd edirəm ki, bunun Azərbaycan üçün hər hansı təhlükə yaratdığını düşünmürəm. Hətta İran bu qurğuları yerləşdirsə belə, biz nə deyəcəyik? Qarşı tərəf də bildirə bilər ki, bu, öz sərhədləri daxilində gördüyü işdir. Ona görə də əsas məqsəd İranın müdafiəsini və təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir. Bu addımı Azərbaycana əzələ nümayişi kimi qəbul etmək doğru olmaz".

Ekspertin sözlərinə görə, İran artıq bilir ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan ərazisindən guya sionistlərin və NATO-nun İrana qarşı istifadə etmək niyyətində olması ilə bağlı müxtəlif iddialar, bəzən də "faktlar" ictimailəşdirilir:

"Ancaq hər dəfə bu məlumatların feyk olduğu, həqiqəti əks etdirmədiyi ortaya çıxır. Sadəcə olaraq, İranın ali dini rəhbəri ölkəsinin növbəti təhlükələrə hazır olması ilə bağlı göstəriş verib. Buna görə də ölkə ərazisinin müxtəlif nöqtələrində müəyyən işlər görülür. Həmin ərazilərdən biri də Azərbaycanla sərhəd bölgələridir. Ancaq bunu sırf Azərbaycanla əlaqələndirmək düzgün deyil. Bir daha deyirəm ki, bunu Azərbaycan üçün hər hansı təhlükə hesab etmirəm. Çünki biz də müəyyən hərbi təlimlər keçirir, silah-sursat alırıq. O zaman belə çıxır ki, bütün bunları İrana, Ermənistana və ya digər ölkələrə qarşı edirik? Mən belə düşünmürəm. Hər bir dövlətin öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün atmalı olduğu addımlar var. Ermənistan da dəfələrlə, hətta torpaqlarımız işğal altında olduğu dövrdə belə, Azərbaycanı müxtəlif məsələlərdə günahlandırırdı. Ancaq biz heç vaxt gizlətməmişik ki, gördüyümüz bütün işlər sırf müdafiəmizi və təhlükəsizliyimizi etibarlı şəkildə təmin etmək məqsədi daşıyır".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri