“İran bunu edərsə, ən böyük zərəri həm də Çinə vurmuş olar...”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bu gün saat 12:00-da London birjası açıldıqdan sonra enerji bazarında ilkin reaksiya olaraq neft qiymətlərində artım ehtimalı yüksəkdir. Qızıl da riskdən qorunma aləti kimi bahalaşa bilər. Bakı vaxtı ilə 18:30-da Nyu-York birjası açıldıqdan sonra bu dalğalanma daha aydın görünəcək”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Fond indekslərində və riskli səhmlərdə isə eniş mümkündür. Lakin bütün bunlar qısamüddətli olacaq. Hörmüz boğazı ətrafında risklər olsa da, uzunmüddətli bağlanma real deyil və qlobal neft ixracı tam dayanmayacaq. Çünki, İran bunu edərsə, ən böyük zərəri həm də Çinə vurmuş olar. Əlqərəz, proses iqtisadi baxımdan idarəolunandır və hazırkı mərhələdə nə regional, nə də qlobal iqtisadiyyatda davamlı böhran olacağını düşünmürəm. Bu baş verənlərin köklü iqtisadi təsirləri isə hələ ən azı bir il sonra olacaq, amma fərqli iqtisadi istiqamətlərdə”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Mart 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















