Icma.az
close
up
RU
İran, Çin və Rusiya donanmaları birgə təlimlərə başlayıb

İran, Çin və Rusiya donanmaları birgə təlimlərə başlayıb

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu təlimlərə qarşı çıxan qüvvələr dünyada daima qeyri-sabitlik yaradıb və bəşəriyyətə təhdid törədib..."

İran İslam Respublikası Hərbi-Dəniz Qüvvələrinin komandanı ABŞ prezidentinin İran, Çin və Rusiya arasında birgə dəniz təhlükəsizlik kəməri təlimləri ilə bağlı bəyanatına cavab olaraq bildirib: "Bəzi insanlar yanılır".

Moderator.az xəbər verir ki, bu barədə "Pars Today" nəşri məlumat verib.

Məlumata görə, kontr-admiral Şəhram İrani vurğulayıb ki, dünyada bəzi insanların öz daxilində bəslədiyi illüziyaların şahidi oluruq. Ancaq vacib məqam ondan ibarətdir ki, bugün dəniz arenasında aktiv iştirak edən qüvvələrin sayı artıb.

O, qeyd edib ki, dəniz potensialına və gücünə sahib, öz elmi, biliyi və sənayesi sayəsində okeanlarda mövcudluğunu təmin edən ölkələrin sayı artmaqdadır.

İran Hərbi-Dəniz Qüvvələri komandanı əlavə edib:

"Lakin İran, Çin və Rusiyanın bu təlimlərdə iştirakı fərqlidir. Çünki bu iştirak təhlükəsizliyin mənbəyidir. Ancaq bu prosesə qarşı çıxan və yanılan qüvvələr dünyanın heç bir yerində təhlükəsizlik və sülh təmin etməyib, əksinə, daima qeyri-sabitlik yaradıb və bəşəriyyətə təhdid törədib".

Şəhram İrani əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS üzvü olan ölkələr bu gün dəniz iqtisadiyyatında müsbət rol oynamaq üçün böyük imkanlara sahibdir.

O, deyib: "İran, Çin və Rusiya bu təlimlərin əsas iştirakçıları olsa da, regiondakı digər ölkələr də artıq dəniz arenasında öz yerlərini tutublar. Onlar da şübhəsiz ki, gələcəkdə öz gəmiləri ilə bu təlimlərdə iştirak edəcək. Bu gün üç ölkə arasında qurulan bu ortaq dil zamanla region ölkələri arasında daha geniş və dərin formada möhkəmlənəcək".

Bazar ertəsi jurnalistin sualına cavab olaraq Donald Tramp İran, Rusiya və Çinin birgə hərbi təlimlərindən narahat olub-olmadığını soruşduqda, belə cavab verib: "Xeyr, qətiyyən narahat deyilik. Biz onlardan daha güclüyük".

"Dəniz Təhlükəsizlik Kəməri- 2025" adlı yeddinci birgə təlimlər İran, Rusiya və Çin donanmalarının iştirakı ilə Hind Okeanının şimalında keçiriləcək. Azərbaycan, Cənubi Afrika, Oman, Qazaxıstan, Pakistan, Qətər, İraq, BƏƏ və Şri-Lanka təlimlərə müşahidəçi qismində qatılacaq.

Təlimlərin məqsədi Hind Okeanının şimalında təhlükəsizliyin və davamlı dəniz əməkdaşlığının gücləndirilməsi, İran Ordusunun Hərbi-Dəniz Qüvvələri, Çin Xalq Respublikası Hərbi-Dəniz Qüvvələri və Rusiya Federasiyası Hərbi-Dəniz Qüvvələri arasında strateji münasibətlərin inkişaf etdirilməsi və birgə dəniz əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri