İran Çindən regionda daha fəal rol oynamağı gözləyir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu gün Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Əraqçi çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib.
İranlı nazir bildirib ki, ölkədə sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır.
Əraqçi Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib.
Van İ isə bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır.
O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır.
Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Yanvar 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















