İran da öz tələblərini ABŞ yə çatdırdı WSJ
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İran vasitəçilər vasitəsilə ABŞ-yə münaqişənin gərginliyinin azaldılması üçün zəruri olan tələblərin siyahısını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti 25 martda öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, əsas tələb Fars körfəzi bölgəsindəki bütün Amerika hərbi bazalarının tamamilə bağlanmasıdır.
Qeyd olunur ki, Tehran həmçinin Hörmüz boğazında İrana Süveyş kanalına bənzər şəkildə gəmilərin keçidindən ödəniş almağa imkan verən yeni bir qaydanın yaradılmasını da tələb edir.
WSJ yazır ki, tələblər siyahısına bütün İran əleyhinə sanksiyaların tamamilə ləğvi, ABŞ-nin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair zəmanət və İsrailin Livandakı Hizbullah hərəkatına zərbələrinə son qoyulması da daxildir.
Qəzetin məlumatına görə, ABŞ artıq bu tələbləri qeyri-real adlandırıb.
Nəşr yazır ki, Ağ Evdə və ərəb diplomatları arasında kompromisə çatmağın xeyli çətinləşdiyinə dair bir inanc var.
Bu mövzuda digər xəbərlər:Arakçı İranın tələblərini Pakistan rəhbərliyinə çatdırdı KİV
25 Aprel 2026 15:45
İran ABŞ a qırmızı xətlərini Pakistan vasitəsilə çatdırdı
27 Aprel 2026 10:24
Pakistan İranın yeni təklifini ABŞ yə çatdırdı
18 May 2026 15:26
Rusiya öz şərtlərini Ukraynaya çatdırdı: Nə istəyirlər?
03 İyun 2025 12:49
Ronaldu qol sayını 920 yə çatdırdı
27 Yanvar 2025 01:00
Baxış sayı:70
Bu xəbər 25 Mart 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















