Icma.az
close
up
RU
İran dağılsa belə, Xamenei vətənini tərk edib, qaçmaz Zərdüşt Əlizadə

İran dağılsa belə, Xamenei vətənini tərk edib, qaçmaz Zərdüşt Əlizadə

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda 2025-ci il dekabrın 28-dən etibarən başlayan kütləvi iğtişaşlar hələ də səngiməyib. Ölkənin müxtəlif bölgələrini əhatə edən etiraz dalğası İran hakimiyyəti üçün getdikcə daha mürəkkəb təhlükəsizlik və siyasi çağırışa çevrilir. Kəşfiyyat mənbələrinin yaydığı məlumata görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei mövcud vəziyyətin nəzarətdən çıxması ehtimalını nəzərə alaraq, fövqəladə ssenari üzərində çalışır. Bildirilir ki, təhlükəsizlik qüvvələrinin, etirazları tam nəzarət altına ala bilməməsi və ya ordunun verilən əmrləri yerinə yetirməkdən imtina etməsi halı üçün “B Planı” hazırlanıb. Sözügedən plan Xameneinin ailə üzvləri ilə birlikdə Tehrandan çıxarılmasını nəzərdə tutur. Məlumatlara əsasən, bu ssenari hazırlanarkən Suriya prezidenti Bəşər Əsədin vətəndaş müharibəsinin ən gərgin dövrlərində Moskvaya sığınması nümunə götürülüb. Xameneinin mümkün qaçış istiqaməti kimi də məhz Rusiyanın adı çəkilir. 

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az açıqlamasında bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ailəsi ilə birlikdə ölkəni tərk edərək Moskvaya qaçması ilə bağlı yayılan məlumatlar Qərb mediasının iddialarıdır. Onun sözlərinə görə, Suriyanın devrilmiş prezidenti, Bəşər Əsəd dünyəvi liderdir, Xamenei isə dini dünyagörüşə malik şəxsdir və bu iki fiquru eyni müstəvidə müqayisə etmək doğru deyil:

“Xamenei Allaha təvəkkül edərək yaşayan ali dini rəhbərdir. 80 yaşdan yuxarı bir insana bu gün kim nə edə bilər? O, bilir ki, qarşıdurma zamanı ölsə belə, bu ölüm Allahın iradəsi ilə baş verəcək”.

Politoloq vurğulayıb ki, müsəlman dünyagörüşündə həyat qorxu üzərində deyil, yaradana təvəkkül üzərində qurulur:

“İnsan dünyanı əsas məqsəd kimi görürsə, axirətə inanmırsa, o zaman həyatını başqa ölkədə yenidən qurmaq üçün qaça bilər. Amma Xamenei üçün bu yanaşma keçərli deyil. İran dağılsa belə, o, vətənini tərk edib, qaçmaz”.

Z.Əlizadə hesab edir ki, “kəşfiyyat məlumatları” adı altında mediaya ötürülən bu cür xəbərlər, ictimai rəyə təsir göstərmək və psixoloji təzyiq yaratmaq məqsədi daşıyır:

“Bu, ilk dəfə deyil. ABŞ vaxtilə İraq lideri Səddam Hüseynlə bağlı da saysız-hesabsız yalan məlumatlar yaymışdı. Sonradan həmin iddiaların əsassız olduğu ortaya çıxdı. ABŞ-nin xarici siyasətində ikili standartlar açıq şəkildə görünür. Yadınızdadırsa, ABŞ bir tərəfdən HƏMAS diplomatlarını danışıqlara dəvət edib, digər tərəfdən isə həmin obyektlərin bombardman etmişdi. Türkiyə kəşfiyyatı vaxtında xəbərdarlıq etməsəydi diplomatik heyət öləcəkdi. Eyni yanaşma İran diplomatlarına qarşı da tətbiq olunub. ABŞ prezidenti Donald Tramp sonradan diplomatlara qarşı hücumların onun nəzarəti altında həyata keçirildiyini etiraf etdi”. 

Politoloq əlavə edib ki, Vaşinqton artıq 30 ilə yaxındır İranın nüvə silahı hazırladığı iddiasını gündəmdə saxlayır:

“Bu iddialar əsasən təhdid və hücumlar üçün bəhanə rolunu oynayır. Halbuki İsrailin özünün onlarla nüvə başlığı var, amma bu fakt beynəlxalq səviyyədə açıq müzakirə edilmir. Qərbin yanaşmasına görə, yalnız Qərbin və İsrailin atom bombası ola bilər, müsəlman ölkələrinin yox”.

Politoloq həmçinin Trampın son açıqlamalarına da toxunaraq deyib ki, İranın nüvə proqramını yenidən gündəmə gətirmək regionda gərginliyi artırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Trampla eyni mövqedən çıxış edərək İrana qarşı mümkün əməliyyatlarla bağlı bəyanatlar verməsi də bunun göstəricisidir.

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri