Icma.az
close
up
RU
İran Azərbaycanla anlaşılmazlıqları aradan qaldırmaq istəyir Zərdüşt Əlizadə

İran Azərbaycanla anlaşılmazlıqları aradan qaldırmaq istəyir Zərdüşt Əlizadə

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq Qalibafın Bakı səfərinin pərdəarxası detallarını açıqladı"Bakının ev sahibliyi islam dünyasında artan nüfuzunun göstəricisidir"

ABŞ və İsrail ilə yaşanan qarşıdurma zamanı İran ordusunun yol verdiyi strateji səhvlər Tehranın qonşu ölkələrlə əlaqələrinin zədələnməsinə səbəb oldu. Azərbaycanla İranın siyasi münasibətlərində zaman-zaman gərginliklər yaşansa da, ortaq tarixi irs və din iki ölkə arasındakı bağların qırılmasına imkan verməyib. İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Bakıya gəlib. Qalibaf region ölkələrinə müraciətində bildirib ki, İranın əsas məqsədi, bölgənin təhlükəsizliyinin kənar qüvvələrin müdaxiləsi olmadan, yalnız region dövlətlərinin birgə səyləri əsasında təmin edilməsi üzərində dayanıb. Qeyd edək ki, İƏT Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biridir.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, Bakının mötəbər təşkilatın iclasına ev sahibliyi etməsi, islam dünyasında artan beynəlxalq nüfuzundan xəbər verir:

“İran öz siyasi mövqeyini açıq şəkildə müsəlman qonşularına izah eləməyə çalışır. Qalibafın Bakıya gəlməkdə əsas məqsədi, Azərbaycanla İran arasında mövcud anlaşılmazlıqların aradan götürülməsinə xidmət edir. Görüşdə İranın ABŞ və İsrailin təcavüzkar hücumlarını uğurla dəf etməsi, həmçinin öz milli maraqlarını qətiyyətlə qoruyaraq, şərtlərini düşmən tərəfə diktə etməsi ətrafında fikir mübadiləsi aparılacaq. İranın ABŞ və İsrail koalisiyasının təcavüzkar addımlarını neytrallaşdırması regionda yeni müqavimət modeli formalaşdırıb. Bu strategiya, islam dövlətləri üçün də nümunə olmalıdır”. 

Politoloq Qalibafın beynəlxalq müstəvidə artan rolu barədə danışıb:

“Qalibaf çox görkəmli siyasi xadimdir. Onun hərbi-siyasi və inzibatı təcrübəyə sahib olması, İran daxilində böyük hörmət qazanmasına səbəb olub. O, həm hərbi, həm də siyasi müstəvidə dövlətin və xalqın maraqlarının qorunmasında mühüm rol oynayıb. Gənc yaşlarından İran-İraq müharibəsində iştirak edərək, SEPAH-ın da rəğbətini qazanıb. ABŞ və İsrailin İranla bağlı yaratdığı miflər xarici ölkələrdə yanlış təsəvvür formalaşdırıb. Əslində İranın daxili sisteminə nəzər salsaq, ölkənin islam ideologiyası çərçivəsində özünəməxsus demokratik təsisatlara sahib olduğunu görə bilərik”. 

Z.Əlizadə İranda kadr təyinatlarında qohumbazlığın rol oynamadığını, əsas kriteriyanın namizədlərin yüksək elmi, dini və siyasi təcrübəsi olduğunu diqqətə çatdırıb:

“Təsəvvür edin ki, ölkədə keçirilən prezident seçkilərində namizədliyini irəli sürənlərin sayının 100 nəfərə belə çatdığı vaxtlar olub. Başda dini rəhbər dursa da, parlament və prezidentin qərarları da çox böyük əhəmiyyətə malikdir. İranı terroru maliyyələşdirməkdə günahlandıranlar, diqqətlərini İsrailin əməllərinə yönəltsinlər. Minabda İsrail hücumlarının qurbanı olan 168 günahsız qız uşağının qanlı faciəsi, dünyada əsl təcavüzkarın və bəşəriyyətə qarşı cinayət törədənlərin kimliyini açıb-göstərdi”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri