Icma.az
close
up
RU
İran təklənib və yeganə ümidi ordusudur Zərdüşt Əlizadə

İran təklənib və yeganə ümidi ordusudur Zərdüşt Əlizadə

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Venesueladakından daha çətin olacağını bildirib.

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Venesuelada məhdud çərçivəli bir əməliyyat keçirmişdi:

"Venesuela Prezidenti Nikolas Maduronun yerini bilirdilər. Onu tutub Amerika gəmisinə, oradan da Nyu-Yorka gətirdilər və Amerika məhkəməsinin qarşısına çıxardılar. Çox qanunsuz, beynəlxalq hüquqları kobud şəkildə pozan, heç bir məntiqi olmayan bir əməliyyatdır. Bunun əsas məqsədi o idi ki, Maduronu Venesuela rəhbərliyindən uzaqlaşdırsınlar və Venesuela neftini nəzarətə götürsünlər".

Müsahibimiz İrana qarşı ABŞ-nin əməliyyat ehtimalından bəhs etdi:

"İrana qarşı əməliyyat ehtimalı çox böyükdür. Niyə? ABŞ Prezidenti Donald Trampın ölkədaxili siyasi vəziyyəti çox ağırdır. Düzdür, çox yuxarıdan danışır, böyük vədlər verir, amma Amerika məhkəmələri Trampın iqtisadi fırıldaqlarını sübuta yetiriblər. Ona qarşı Amerika məhkəmələrinin qərarları var, əmlakı müsadirə edilir. Vəsaiti çatmır ki, girov qoysun. 154 milyard dollar girov qoymalı idi. Onun bir çox məşhur obyektləri - qolf meydançaları, böyük təyyarəsi - bunların hamısı həbs altındadır və müsadirə olunub satıla bilər. Çünki o, maliyyə fırıldaqları işlədib. Bu, artıq sübuta yetib və məhkəmənin qərarı var.

Beynəlxalq hüquq barədə sual verəndə ki, siz nəyə əsaslanıb Maduronu oğurladınız, deyir ki, mənə beynəlxalq hüquq lazım deyil, mənə öz daxili əxlaqi meyarlarım, öz mənəviyyatım kifayətdir. Trampın vəziyyəti daxildə zəif olduğu üçün o, çalışacaq ki, hansısa bir xarici macəra ilə diqqəti yayındırsın. Diqqəti yayındırmaq üçün ən münasib hal İrana qarşı təcavüzdür. Çünki İrana Amerikanın nifrəti var.

Azərbaycan dilində gözəl məsəl var: “Adamın adı çıxınca, canı çıxsın”. İranı çox mənfi çalarlarda təsvir edirlər: mənfi bir dövlət, terror dövləti. Özləri terrorla məşğul olur - bu, sübuta yetib. İsrail terrorçu dövlətdir, dinc əhalini öldürür, mülki əhalini bombalayır və s. Amerika İrana qarşı informasiya müharibəsi aparır".

Onun sözlərinə görə, belə bir vəziyyətdə, təbii ki, İran faktiki olaraq təklənib:

"Müsəlman dünyasının rəhbərlərinin mütləq əksəriyyəti Amerikanın qarşısında diz büküb, Amerikadan asılıdırlar. Çin və Rusiya işə qarışmaq istəmir, çünki görürlər ki, Amerika yanlış siyasət yürüdür və əgər sənin rəqibin yanlış siyasət yürüdürsə, sənə qarışmaq lazım deyil. Oturub gözləməlisən ki, özü hansısa bir mənfi nəticəyə, məğlubiyyətə uğrasın. İran təklənib və İranın yeganə ümidi özüdür, ordusudur. Raketlərinə, dronlarına, xalqına ümid edir. Amma onlara qarşı da təxribat aparırlar, informasiya və iqtisadi müharibə gedir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri