İran dilemma qarşısında: İsrailə necə cavab verə bilər?
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin müdafiə hazırlığı İranın cavab hücumunun genişmiqyaslı ola biləcəyi gözləntisini yaradır. Hərçənd, İran rəhbərliyi dilemma qarşısında qalıb:
- İsrailə böyük hücum müharibəni genişləndirə və İrana qarşı beynəlxalq müdaxiləni aktuallaşdıra bilər;
- İmitasiya xarakterli hücumla kifayətlənib, danışıqlar masasına gələrsə, ağır şərtləri qəbul etməli olacaq və bu, rejimin İran cəmiyyətinə cavab verməsini çətinləşdirəcək: Əsədin devrilməsindən sonra Suriyadan çıxdıqları zaman eyni suallarla üzləşdilər;
- Müəyyən cavab tədbirlərindən sonra diplomatik masada danışıqları imitasiya etməsi və nüvə silahı əldə etmək üçün zaman qazanması da çətin görünür, xüsusilə son hücumdan sonra.
Bu baxımdan, İran rəhbərliyinin vəziyyətdən necə çıxacağı sual altındadır. Və İsrailin İranın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışacağı aydın görünür.
Asif Nərimanlı
publika.az
Baxış sayı:36
Bu xəbər 13 İyun 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















