İran diplomatın çantasını müsadirə etdi Qalmaqal
Icma.az bildirir, Axar.az portalına istinadən.
Niderland hökuməti diplomatik baqajın müsadirə olunması ilə bağlı İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə 2026-cı il yanvarın 28-də İmam Xomeyni Beynəlxalq Hava Limanında baş verib. İran tərəfi niderlandlı diplomatı diplomatik baqajını təhvil verməyə məcbur edib.
Bildirib ki, bu addım diplomatik insident yaradıb və qəbuledilməzdir. Rəsmi Haaqa müsadirə olunan əşyaların dərhal geri qaytarılması üçün İrana dəfələrlə müraciət edib.
İranın İSNA agentliyi isə niderlandlı diplomatın “Starlink” peyk telefonu və modemini qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməyə cəhd etdiyini və baqajının da buna görə müsadirə olunduğunu yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 25 Fevral 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















