İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın idman naziri Əhməd Dünyamalı İran milli komandasının hansı halda futbol üzrə dünya çempionatına yollanacağını açıqlayıb.
Moderator.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, milli komanda yalnız futbolçuların təhlükəsizliyi tam təmin olunduğu halda dünya çempionatına yollanacaq.
"ABŞ-də milli komanda oyunçularının təhlükəsizliyinə zəmanət verilərsə, biz dünya çempionatında iştirak edəcəyik. Lakin bu barədə yekun qərarı hökumət və Ali Milli Təhlükəsizlik Şurası qəbul edəcək", - deyə Ə.Dünyamalı diqqətə çatdırıb.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq. Bir müddət əvvəl Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin bu münaqişəyə cəlb olunması səbəbindən İran millisinin turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı. Sonradan isə İran tərəfinin matçların ABŞ-dən Meksikaya keçirilməsi ehtimalını FIFA ilə müzakirə etdiyi aydınlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 21 Aprel 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















