İran Ermənistan birliyində yeni rekord: illik dövriyyə...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur.
Onun sözlərinə görə, ötən il İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.
Deputat qeyd edib ki, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəf fəal iş aparır və qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 İyul 2026 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















