Icma.az
close
up
RU
“İran ətrafındakı proseslər fonunda maraqlarımıza zidd gedənlər Türkiyə Azərbaycan birliyi ilə qarşılaşacaq...”

“İran ətrafındakı proseslər fonunda maraqlarımıza zidd gedənlər Türkiyə Azərbaycan birliyi ilə qarşılaşacaq...”

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Türkiyə ilə Azərbaycan birgə mövqeyə sahibdir və Türkiyə ilə Azərbaycanın mövqeyi ABŞ tərəfindən də qəbul olunur. Buna görə də İsrail bu məsələləri hərtərəfli ölçüb-biçməli, tam ciddi düşünərək qərar verməli və regionda kimlərəsə qarşı hərəkət edilməsi və ya kimlərinsə sıradan çıxarılması ilə bağlı heç bir əsassız iddialara düşməməlidir...”

“Regionda baş verən son proseslər və hadisələr fonunda xarici, o cümlədən Qərb ekspertləri artıq aydın şəkildə qeyd edirlər ki, Azərbaycan Respublikası artıq İranda cərəyan edən olaylarla bağlı yalnız müşahidəçi mövqeyində deyil. Hazırda Azərbaycan da qardaş Türkiyə kimi İranda gedən proseslərə təsir edə biləcək faktor rolunu oynayır. Bunu həm mütəxəssislər, həm də digər ölkələrin siyasi rəhbərlikləri, o cümlədən Rusiya və Qərb açıq şəkildə görürlər. Çünki Azərbaycan güclənib. Ölkəmiz artıq 20-30 il, hətta 5-6 il əvvəlki belə, bir ölkə, dövlət deyil. O dövrlərdə Azərbaycan belə bir rolu öz üzərinə götürə bilməzdi.” 

AzVP sədri Akif Nağı bu fikirləri Moderator.az-a açıqlamasında İran ətrafında baş verən son hadisə və proseslər fonunda İsrailin müəyyən siyasi dairələrinin Azərbaycan və Türkiyənin milli maraqlarına zidd addımlar ata biləcəyi ilə bağlı iddiaları şərh edərkən ifadə edib.

Partiya sədri hesab edir ki, İsrail Azərbaycanın da regioanda müxtəlif təsir imkanlarını nəzərə almalıdır:

“Bilirsiz ki, 2000-ci illərin əvvəllərindən başlayaraq İranda bir neçə kütləvi etiraz dalğası baş vermişdi. Amma o dönəmdə Azərbaycan açıq şəkildə müdaxilə edə və ciddi mövqe sərgiləyə bilmirdi. İndi isə Azərbaycan baş verənləri kənardan müşahidə etsə də, proseslərlə bağlı öz mövqeyini də ortaya qoyur. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, dövlətimiz İrandakı qarşıdurmalardan narahatdır və oradakı proseslərin dinc vasitələrlə nizama salınmasında maraqlıdır və İran rəhbərliyinə mesajlar göndərir. Ancaq bütün ekspertlərin də fikirlərinə görə, Azərbaycan istənilən formada orada gedən proseslərə müdaxilə etmək gücünə malikdir. Odur ki, bununla əlaqədar olaraq İsrail də Azərbaycanın müxtəlif təsir imkanlarını nəzərə almalıdır...” 

“O da bilinməlidir ki, Türkiyə ilə Azərbaycan birgə mövqeyə sahibdir və Türkiyə ilə Azərbaycanın mövqeyi ABŞ tərəfindən də qəbul olunur. Buna görə də İsrail bu məsələləri hərtərəfli ölçüb-biçməli, tam ciddi düşünərək qərar verməli və regionda kimlərəsə qarşı hərəkət edilməsi və ya kimlərinsə sıradan çıxarılması ilə bağlı heç bir əsassız iddialara düşməməlidir. İlk növbədə haqlı mövqe tutmalı,  ikinci növbədə isə öz gücünün reallığını düzgün qiymətləndirməlidır. Hamı bilməlidir ki, İran ətrafındakı son proseslərdən yararlanaraq  ölkələrimiz və ya Güney Azərbaycanla bağlı haqsız qərarlar icra etməyə cəhd edənlər heç bir ciddi nəticə əldə edə bilməyəcək və ən azından Türkiyə və Azərbaycanın birgə müqaviməti ilə qarşılaşmalı olacaqlar”, - deyə Akif Nağı vurğulayıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri