İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ dən cavab gözləyir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 29 sentyabr, AZƏRTAC
İran Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ-yə təqdim etdiyi təklifə rəsmi cavab gözləyir.
AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi qətərli vasitəçilərin İran tərəfi ilə danışıqlar apardığını və əldə olunan təklifləri ABŞ-yə çatdıracağını bildirib. Onun sözlərinə görə, bundan sonra Vaşinqtonun yekun cavabı Tehrana təqdim ediləcək.
Abbas Əraqçi qeyd edib ki, Qətər tərəfi ABŞ-dən cavabın bu gün alınacağına ümid edir. İranın xarici işlər naziri, həmçinin bildirib ki, Hörmüz boğazının açılması üçün Tehranın irəli sürdüyü müəyyən şərtlər var və son görüşlərdə Qətər vasitəçiləri ilə məhz həmin şərtlərin həyata keçirilməsi yolları müzakirə olunub.
Əraqçinin açıqlaması İranın ABŞ-yə təqdim etdiyi yeddigünlük plan ətrafında aparılan dolayı danışıqlar fonunda səslənib. İranın təklifinə əsasən, ABŞ-nin müəyyən tələbləri yerinə yetirməsi müqabilində Tehran bir həftə ərzində Hörmüz boğazının açılmasına razı ola bilər. “Reuters”in məlumatına görə, plan, həmçinin hərbi əməliyyatların dayandırılması, İranın dondurulmuş aktivlərinin açılması və neft sektoruna qarşı sanksiyaların yumşaldılması kimi məsələləri əhatə edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 29 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















