Icma.az
close
up
RU
İran iradə ortaya qoymalıdır: Rəsmi Tehran sözdə pozitiv açıqlamalar verir, əməldə isə...

İran iradə ortaya qoymalıdır: Rəsmi Tehran sözdə pozitiv açıqlamalar verir, əməldə isə...

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son illərdə İranla Azərbaycan-Arasında münasibətlərdə gərginlik hökm sürürdü".

Bunu siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, xüsusən, səfirliyimizə basqından sonra tərəflər arasında qarşıdurmanın artması, söz çəkişməsinin böyüməsi, sərhədlərimizdə təlimlər keçirilməsi, ölkə rəhbərliyinin təhqir olunması və s. tərəflər arasında ciddi gərginliyin yaranması ilə nəticələndi:

"İndi İran və Azərbaycan arasında münasibətləri tamamilə normala döndərmək üçün ciddi iradəyə ehtiyac var. Bu iradə də İran tərəfindən ortaya qoyulmalıdır. Çünki baş verən neqativ halların səbəbkarı birmənalı Tehran hökumətinin həyata keçirdiyi siyasətdir. Əgər İran hökuməti müsbətə doğru addım atarsa, münasibətlər düzəli bilər. Çox təəssüf ki, hələlik bunu görmürük. Sözdə pozitiv açıqlamalar verir, amma əməldə, realda nəticə olmur”.

Samir Hümbətov: İkili münasibətlərin həqiqətən normallaşacağını qarşıdakı günlər göstərəcək

Müsahibimiz qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, ölkə rəhbəri Məsud Pezeşkian və digər rəsmilərlə görüşü özlüyündə müsbət haldır. Dediyinə görə, amma ikili münasibətlərin həqiqətən normallaşacağını qarşıdakı günlər göstərəcək:

“Birmənalı nəsə demək çətindir. Çünki İranda Prezident Aparatı ilə yanaşı, dini rəhbərlik var və onun sözü, mövqeyi daha keçərlidir. O baxımdan hələ optimist olmağa tələsmək lazım deyil. Bir müddət hadisələrin gedişini gözləmək lazımdır".

Qeyd edək ki, Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Tehrana səfər çərçivəsində səmərəli müzakirələr aparıblar. Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri