Icma.az
close
up
RU
İran İsrail savaşı: gərginlik davam edir...

İran İsrail savaşı: gərginlik davam edir...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərq gərgin günlər yaşayır. Artıq bir neçə gündür ki, İsrail ilə İran arasında silahlı qarşıdurma davam edir. Hər iki tərəf bir-birinin şəhərlərinə, strateji cəhətdən önəmli olan hərbi obyektlərinə və enerji infrastrukturlarına raket və dron zərbələri endirir. Hər iki ölkədə hücumlar nəticəsində xeyli  dinc sakin həlak olub və yaralanıb. Həm İsrail, həm də İran hücumları davam etdirir. Nəticə etibarı ilə region ölkələri, o cümlədən regiondan kənar ölkələr qarşıdurmanın geniş və böyük müharibəyə çevrilməsi ehtimalından ciddi narahatlıq keçirirlər. BMT-nin baş katibi hər iki münaqişə tərəfini hücumları dayandırmağa və təmkinli olmağa çağırıb. 

İran strateji silahından istifadə edə bilər

İsrail KİV-ləri qeyd edirlər ki, İsrail Hərbi Hava Qüvvələri İranda hərbi və nüvə obyektlərinə raket hücumlarını davam etdirir. İyunun 16-da İsrail mediasında yayılan məlumata görə, həmin gün səhər saatlarında İsrail qırıcıları İranın Kirmanşah şəhərində hərbi bazanı və neft anbarını bombalayaraq tamamilə sıradan çıxarıb. İranın İRNA xəbər agentliyi bildirib ki, raketlərdən biri Kirmanşadakı Fərabi xəstəxanasına düşüb. Hökumət nümayəndəsi Fatimə Mühacirian Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib ki, İsrailin hücumları nəticəsində bu günədək 45 qadın və uşaq həlak olub, 75 qadın və uşaq isə yaralanıb. Son üç gün ərzində Tehran və Kirmanşahla yanaşı ölkənin Təbriz, Məşhəd, Şiraz, Əhvaz, Zəncan, Hörmüzgan, Həmədan və Loristan şəhərləri də raket zərbələrinə məruz qalıb. Məşhədin beynəlxalq hava limanının bir hissəsi dağıdılıb. İsrailin HHQ-nin hücumunda əsasən Tehran hədəf seçilib. Baş nazir Benyamin Netanyahu  Tehran sakinlərinə müraciət edərək, onları şəhəri tərk etməyə çağırıb. Netanyahu, həmçinin İranın ali dini rəhbəri Əli Xameneinin də hədəf olduğunu istisna etməyib.

İran İslam İnqilabı Korpusunun (SEPAH) sabiq komandanı, general Möhsün Rezayi isə dövlət televiziyasında çıxışında müharibənin bir neçə həftə davam edəcəyini bildirib. O, qeyd edib ki, İran İsrailə qarşı “Fatah-2”,  “Khor Mashhar” və digər strateji raketlərindən istifadə etməyi planlaşdırır. Qeyd edək ki, bir müddət öncə İran İsrailin Hayfa şəhərinə hipersəsli raket atıb və İsrailin hava hücumundan müdafiə qüvvələri bu raketi zərərsizləşdirə bilməyib.

Əraqçidən çağırış

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 15-də mətbuat konfransında çıxışı zamanı bəyan edib ki, rəsmi Tehran İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişi imzalamağa hazırdır. Nazir qeyd edib ki, İran dinc və elmi məqsədlər üçün nüvə araşdırmasına son qoymayacaq. Nazir, həmçinin bildirib ki, İran İsrailə raket hücumlarını dayandırmağa da hazırdır. “İsrail də dərhal Tehran və digər şəhərlərin bombardman edilməsini dayandırmalıdır. İranın hərbi arsenalında hipersəsli raketlər var və lazım gələrsə bundan yenə də istifadə ediləcək,” - deyə A.Əraqçi vurğulayıb.

Netanyahu israrlıdır

İsrail KİV-ləri qeyd edirlər ki, İran İsrailə 370-dən çox ballistik raket atıb. İsrailin şəhərləri arasında isə daha çox Təl-Əviv, Hayfa, Bat-Yam və Yafa şəhəri İranın raket hücumlarından ciddi zərər görüb. Demək olar ki, Hayfa şəhərində böyük dağıntılar müşahidə edilməkdədir. Bu şəhərdə pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal edən  “Rafael” aerokosmik şirkətinin zavodu, eləcə də Təl-Əviv şəhərindəki Ben Qurion Hava Limanı da raket atəşlərinə məruz qalıb. Netanyahu Vaşinqtona müraciət edərək İsrailə “bunker buster” tipli bomba verməsini xahiş edib. O, bildirib ki, bu bomba ilə İranın “Fordo” hərbi bazasını vurmaq lazımdır. Onun sözlərinə görə, bu hərbi hissədə İranın nüvə texnologiyası saxlanılır və baza yerin aşağı qatlarında yerləşir.

Türkiyə və Rusiyadan reaksiya

İsrail-İran qarşıdurmasının ilk günündə Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrin rəhbərlərinin birgə iclası keçirilib. İyunun 13-də baş tutan görüşdə XİN rəhbəri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib. Görüşdə İran ilə İsrail arasındakı  gərginliyin mümkün nəticələri müzakirə edilib. İki gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İranın dövlət rəhbərləri Vladimir Putin və Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatına görə, Ərdoğan həmkarları - Putin və Pezeşkianla söhbətində İsrail ilə İran arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Ərdoğan Ankaranın ilk gündən qarşılıqlı hücumları dayandırmaq üçün diplomatik səylər göstərdiyini vurğulayıb və əlavə edib ki, nüvə problemini həll etməyin yeganə yolu diplomatiyadır. Putin və Pezeşkian ilə yanaşı, Ərdoğan Prezident Donald Tramp ilə telefon danışığı aparıb. Ərdoğan Trampla söhbətində iki ölkə arasında münaqişənin həll yollarının yalnız diplomatiyadan keçidiyini bildirib.

Prezident Vladimir Putinin də münaqişənin ilk günündə Pezeşkian və Netanyahu ilə telefon danışığı baş tutub. Putin hər iki tərəfin diqqətinə çatdırıb ki, Rusiya İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik etməyə hazırdır. 

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyun 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri