İran İsrailə casusluqda ittiham olunanları edam cəzasına məhkum edir Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az portalına istinadən.
İran məhkəməsi 2020-ci ildə nüvə enerjisi və müdafiə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan avadanlıqları almaqda təqsirli bilinən üç nəfəri ölüm cəzasına məhkum edib.
Bu barədə “Tasnim” İslam Respublikasının məhkəmə sisteminin nümayəndəsinə istinadən yazır.
İş üzrə müttəhimlərin İsrail rəhbərliyi ilə əlaqəli olduğu qeyd edilir.
Bundan əvvəl İranda 4 nəfər İsrailin maraqları naminə işləyən casus qruplaşmasında iştirak ittihamı ilə edam edilib , onlar 2022-ci ildə İsfahanda terror aktı hazırlayarkən həbs ediliblər.
2023-cü ilin yanvarında Strateji Araşdırmalar Mərkəzinin təsisçisi, İran Müdafiə Nazirliyinin keçmiş rəhbəri Əli-Rza Əkbəri Britaniya kəşfiyyat xidmətlərinin xeyrinə casusluq etdiyi üçün edam cəzasına məhkum edilib.
DOĞRU.AZ
Baxış sayı:116
Bu xəbər 07 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















