Icma.az
close
up
RU
İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müharibənin 4-cü günündə (3 mart) İranın ABŞ-İsrail hücumları qarşısında izlədiyi taktika haqda yazmışdıq: ilk 10 gün hücumlara dözür, Hörmüz boğazını bağlayır və Körfəz ölkələrini hədəfə alaraq qlobal enerji böhranı yaradır.

Bu, müharibədə “sağ qalmaq” üçün ən effektiv gediş ola bilərdi ki, İranın hazırda – hücumların 14-cü günündə buna nail olduğu, yaxud ən azı belə bir perspektiv yaratdığı görünür. Hörmüz boğazında yaranan problemə görə neft qiymətlərinin yüksək həddə çatması (problem həll edilməsə, 150 dollara qədər artım gözlənilir) və milyardlarla dollar itki qlobal böhran riskini yaradır. Yeni dini lider Müctəba Xameneinin ilk müraciətində səsləndirdiyi fikirlər – “Hörmüz boğazının bağlanması rıçağından istifadə davam etdirilməlidir” açıqlaması isə İranın geri çəkilməyəcəyini təsdiqləyir.

Bu kontekstdə ABŞ-ın müharibəni davam etdirə bilmək və İranı təslim olmaq məcburiyyətində buraxmaq üçün Tehranın əlindən Hörmüz boğazının bağlanması rıçağını almaqdan başqa yolu qalmır.

Boğazdan təhlükəsiz keçidin təmin edilməsi üçün iki mümkün ssenari müzakirə olunur:

Birincisi, ABŞ donanmasının boğazdan keçən tankerləri müşayiət etməsidir: Tramp daha öncə bunu təklif etmişdi, maliyyə naziri Skott Bessent də belə bir variantın üzərində işlədiklərini açıqladı, lakin bunun hərbi baxımdan hazırlanması bir qədər zaman ala bilər.

Bu ssenaridə əsas problem tankerləri müşayiət edəcək ABŞ donanmasının İranın açıq hədəfinə çevrilməsidir. Vaşinqton İranın hərbi dəniz qüvvələrinin sıradan çıxarıldığını desə də, boğaza nəzarət etməsi bu riski aktual olaraq saxlayır. Mümkündür ki, Vaşinqton tankerlərin müşayiət edilməsi ssenarisində “beynəlxalq koalisiya” amilindən istifadə etsin. Bu halda İranın hücumu beynəlxalq koalisiyanın da müharibəyə qoşulmasını şərtləndirə bilər ki, bu, Vaşinqton üçün sərfəli nəticədir.

İkincisi, İranın sahil xəttinin ələ keçirilməsidir: “Voll Strit Jornal” nəşri belə seçimin mümkünlüyünü yazıb.

Hərçənd, bu ssenari unikal görünmür:

- İranın sahil xəttinin ələ keçirilməsi əməliyyatı qurudan müdaxilə ilə mümkündür ki, yerdə nəyin baş verəcəyini, nə qədər uğurlu olacağını proqnozlaşdırmaq asan deyil və belə bir ssenaridə boğaz daha uzun müddət risk altında qala bilər;

- İranın bu ssenariyə qarşı “regionun neft-qaz infrastrukturunu yandıracağıq” xəbərdarlığı bölgəni risk altına salır.

Bütün bunlar Hörmüz boğazına nəzarət məsələsinin İran müharibəsində açar rol oynayacağını deməyə əsas verir. ABŞ boğazdan təhlükəsiz keçidi təmin edərək İranın təslim olmasını sürətləndirməlidir, əks təqdirdə, müharibədə nəticənin əldə edilməsi uzana bilər.

Hörmüz boğazına nəzarət ABŞ-ın təkcə İran müharibəsində nəticə əldə etmək yox, geosiyasi planda önə çıxmaq strategiyasında da lazımdır. Hərçənd, hazırda boğazda yaranmış problemə görə neft qiymətlərinin artımı istehsalçı kimi ABŞ üçün də sərfəlidir. Bu baxımdan, riskli əməliyyat əvəzinə boğazda “problemin” müəyyən müddət davam etməsi siyasəti də izlənilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri