İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə vermədi
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Livandan uçan “Middle East Airlines” şirkətinə məxsus iki təyyarənin Tehranın beynəlxalq hava limanında eniş etməsinə icazə verməyib.
Sfera.az Livanda çıxan “Al-Nahar” qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, təyyarələr İrandakı bir qrup Livan vətəndaşını ölkəyə gətirmək üçün uçubmuş.
Baş İdarədən bildirilib ki, Livanın iki sərnişin təyyarəsinin Tehrana enməsinə İran hakimiyyəti icazə verməyib.
Tehranın Beyrutdakı səfiri Moctaba Amani bildirib ki, Livan təyyarələrinin İran paytaxtına enməsi yalnız İslam Respublikasına məxsus hava gəmilərinin Beyruta uçmasına icazə veriləcəyi təqdirdə mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:Ərdoğan Netanyahuya görə təyyarəsinin Misirə enməsinə icazə vermədi
13 Oktyabr 2025 16:43
İran İsrail və Livanın atəşkəs razılaşmasını
27 Noyabr 2024 10:20
İran Livanın suverenliyini dəstəklədiyini bəyan edib
05 Dekabr 2025 17:41
Donald Trampdan Tehrana ümid: İran çiçəklənəcək
05 Fevral 2025 13:20
KİV: İsrailin Tehrana hücumu zamanı iki İran hərbçisi ölüb
23 İyun 2025 21:37
Baxış sayı:143
Bu xəbər 15 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















