İran mediası Zəngəzurla bağlı xəbər yaydı: Türkiyə və Rusiya adı hallandı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında alternativ quru yolun – “Tramp marşrutunun” açılması Tehranın onilliklər ərzində malik olduğu mühüm üstünlükləri itirməsi ilə nəticələnə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, indiyədək Azərbaycanın Naxçıvanla yeganə quru bağlantısı İran ərazisindən keçirdi ki, bu da Tehrana həm iqtisadi fayda, həm də siyasi təsir imkanları verirdi. Yeni marşrut isə bu asılılığı aradan qaldıracaq.
Gürcüstanın Tbilisi Avropa Universitetinin professoru Emil Avdaliani qeyd edib ki, dəhlizin açılması İranı həm tranzit gəlirlərindən, həm də Azərbaycan üzərindəki geosiyasi rıçaqdan məhrum edəcək. Türkiyə isə bu yoldan iqtisadi və strateji baxımdan ciddi fayda əldə edə bilər.
Bununla yanaşı ekspertlər hesab edirlər ki, layihə Rusiyanın Cənubi Qafqazdakı təsirini də zəiflədəcək. Moskvanın ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmanı dəstəkləməsi Tehranda narahatlıq yaradıb. Bu narahatlıq, xüsusilə də, Rusiya–İsrail–İran münaqişəsi fonunda Moskvanın İrana praktik dəstək göstərməməsi ilə daha da güclənib.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 Sentyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















