Icma.az
close
up
RU
İran məhkəməsindən Nərgiz Məhəmmədi barəsində Qərar

İran məhkəməsindən Nərgiz Məhəmmədi barəsində Qərar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 7,5 il müddətinə həbs cəzasına məhkum edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Mostafa Nili “X” sosial şəbəkəsində məlumat yayıb. 

53 yaşlı Məhəmmədi barəsində “cinayət törətmək məqsədilə yığıncaqlarda iştirak və əlbir olma” maddəsi üzrə 6 il, həmçinin təbliğat aparmağa görə əlavə 1,5 il həbs qərarı çıxarılıb. Bundan əlavə, həbsdən sonra onun 2 il müddətinə ölkədən çıxması qadağan olunacaq. Məhəmmədi bu dövr ərzində Xusf şəhərində yaşamalı olacaq.

Nilinin sözlərinə görə, güney azərbaycanlı hüquq müdafiəçisi 3 gün əvvəl özünü pis hiss etdiyinə görə xəstəxanaya köçürülüb, lakin sonra yenidən həbsxanaya qaytarılıb. Eyni zamanda vəkil Məhəmmədinin müalicə üçün müvəqqəti olaraq girov müqabilində azad edilə biləcəyini bildirib. 

Bundan başqa, ötən gün İranda müxalif “İslahat Cəbhəsi” alyansının rəhbəri Azər Mənsuri, İranın İslam Məşvərət Şurasının (parlamentinin) keçmiş deputatı İbrahim Əsgərzadə (1988-1992-ci illərdə), həmçinin xarici işlər nazirinin keçmiş müavini Mohsen Əminzadə (1997-2005-ci illərdə) saxlanılıblar. 

Onlar digər ittihamlarla yanaşı “milli birliyin pozulması”, “konstitusiyanın pozulması”, “düşmən təbliğatının koordinasiyası” və “gizli təxribat mexanizmlərinin yaradılması”nda ittiham olunurlar. 

Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib. Məhəmmədi son olaraq ötən il dekabrın 12-də iranlı hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanılıb, bu ilin fevralın 2-də isə aclıq aksiyasına başlayıb. 

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri