Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

İran mətbuatı: Ermənistanın Araz çayını ağır metallarla çirkləndirməsi ekosistemə və ətraf mühitə ciddi ziyan vurur

İran mətbuatı: Ermənistanın Araz çayını ağır metallarla çirkləndirməsi ekosistemə və ətraf mühitə ciddi ziyan vurur

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda nəşr olunan “Pəyam-e ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı araşdırma yazı hazırlayıb.

APA xəbər verir ki, araşdırmada əks olunmuş məqamlar Araz çayının çirklənmə səviyyəsi ilə bağlı ciddi narahatlıq yaradır.

İran Ermənistanın Araz çayını çirkləndirməsindən narahatdır

İranın ekoloji problemlər üzrə ixtisaslaşmış, nüfuzlu kütləvi nəşri olan “Pəyam-e ma” qəzetinin “Arazın çirklənməsi: hər cavabla daha da qəlizləşən müəmma” adlı araşdırması İranın dövlət qurumlarının sənədlərini və akademik araşdırmaları əhatə edən 50-dən çox mənbə, eləcə də qəzetin əməkdaşları tərəfindən həyata keçirilmiş sorğu və müsahibələr əsasında hazırlanıb.

Materialda İran hökumətinin Təbriz şəhərinin içməli su ilə təminatı üçün Araz çayının suyundan istifadə etmək planına toxunulur. 2023-cü ilin yayında Nəhənd su anbarının quruması nəticəsində Təbrizdə içməli su probleminin yaranması ilə bu məsələnin yenidən aktuallaşdığı bildirilir.

Qeyd olunur ki, 2024-cü ilin sentyabrında ölkənin Energetika nazirinin Təbriz şəhərini və marşrut boyu yerləşən kiçik şəhərləri - Culfa, Hadişəhr, Mərənd, Sufian və Şəbüstəri içməli su ilə təmin etmək üçün Araz çayından suyun nəqli layihəsinin icrasına başlanacağını bəyan etməsi narahatlıq doğurub.

“İranın rəsmi qurumlarının - Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, İslam Şurası Məclisinin müvafiq Komissiyası, Ətraf Mühitin Mühafizəsi Təşkilatının hesabatları Arazın suyunun ağır metallarla çirkləndiyini təsdiqləyib.

Arazın suyu alüminium, arsen, mis, manqan, molibden, qurğuşun, vanadium və digər ağır metallarla çirklənib, çayın ekosisteminə və ətraf mühitə ciddi ziyan vurulub”, - deyə qəzet yazır.

Metsamor AES-in Araz çayını çirkləndirməsi ilə Ərdəbildə mədə xərçəngi xəstəliyi artıb

Araşdırmada qeyd olunur ki, elmi araşdırmalar və mütəxəssislərin fikirlərinə əsasən, suyun çirklənməsinin əsas səbəbi Ermənistanın mis mədənləri və Metsamor AES tərəfindən Araz çayına tullantıların yönəldilməsidir: “Metsamor AES-in Araz çayını çirkləndirməsi ilə regionda mədə xərçəngi kimi xəstəliklərin artıb. Bu, xüsusilə Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərini əhatə edib. Əhalisinin sayına görə ölkə əyalətləri içərisində 22-ci yeri tutan Ərdəbil mədə-bağırsaq xərçənginə yoluxma baxımından birinci yerdədir”.

Araşdırmada vurğulanır ki, 2023-cü ilin noyabrında İranla Ermənistan arasında qarşıdakı bir il ərzində Arazın çirklənməsini aradan qaldırmaq barədə razılıq əldə edilsə də, konkret nəticə yoxdur, çirklənmənin səbəbkarı olan Ermənistan tərəfdən hər hansı ciddi addımlar atılmır.

İran və Azərbaycan mətbuatı mövzunu daim diqqətdə saxlayır

Arazın, eləcə də digər transsərhəd çayların Ermənistan tərəfindən çirkləndirilməsi məsələsi artıq xeyli müddətdir ki, həm İran, həm də Azərbaycan tərəfindən qaldırılır. Bu mövzuda İran və Azərbaycan mətbuatında dəfələrlə araşdırma yazılar, təhlillər, məqalələr dərc olunub.

İran rəsmiləri də Araz çayının çirklənməsinə, içməli su qıtlığının, eləcə də digər probleminin yaranmasına Ermənistandakı sənaye müəssisələrinin ciddi təsiri olduğunu dəfələrlə bəyan ediblər.

Azərbaycan QHT-lərinin Nikol Paşinyana məktubu

Bu məsələ Azərbaycan tərəfindən də ciddi problem kimi daim diqqətdə saxlanılır. Hətta Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə 2023-cü ilin iyulunda Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb.

Məktubda Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantılarının Oxçuçayı və Araz çayını çirkləndirdiyi, Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantılarının Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərlədiyi vurğulanır.

Müraciətdə Ermənistanın ekoloji fəlakətə səbəb olan digər fəaliyyətləri də sadalanır, Ermənistan hökuməti məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri