Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ermənistan ekosistemə və ətraf mühitə ciddi ziyan vurur İran

Ermənistan ekosistemə və ətraf mühitə ciddi ziyan vurur İran

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İranda nəşr olunan “Pəyam-e ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı araşdırma yazı hazırlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, araşdırmada əks olunmuş məqamlar Araz çayının çirklənmə səviyyəsi ilə bağlı ciddi narahatlıq yaradır.

İran Ermənistanın Araz çayını çirkləndirməsindən narahatdır

İranın ekoloji problemlər üzrə ixtisaslaşmış, nüfuzlu kütləvi nəşri olan “Pəyam-e ma” qəzetinin “Arazın çirklənməsi: hər cavabla daha da qəlizləşən müəmma” adlı araşdırması İranın dövlət qurumlarının sənədlərini və akademik araşdırmaları əhatə edən 50-dən çox mənbə, eləcə də qəzetin əməkdaşları tərəfindən həyata keçirilmiş sorğu və müsahibələr əsasında hazırlanıb.

Materialda İran hökumətinin Təbriz şəhərinin içməli su ilə təminatı üçün Araz çayının suyundan istifadə etmək planına toxunulur. 2023-cü ilin yayında Nəhənd su anbarının quruması nəticəsində Təbrizdə içməli su probleminin yaranması ilə bu məsələnin yenidən aktuallaşdığı bildirilir.

Qeyd olunur ki, 2024-cü ilin sentyabrında ölkənin Energetika nazirinin Təbriz şəhərini və marşrut boyu yerləşən kiçik şəhərləri – Culfa, Hadişəhr, Mərənd, Sufian və Şəbüstəri içməli su ilə təmin etmək üçün Araz çayından suyun nəqli layihəsinin icrasına başlanacağını bəyan etməsi narahatlıq doğurub.

“İranın rəsmi qurumlarının – Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, İslam Şurası Məclisinin müvafiq Komissiyası, Ətraf Mühitin Mühafizəsi Təşkilatının hesabatları Arazın suyunun ağır metallarla çirkləndiyini təsdiqləyib.

Arazın suyu alüminium, arsen, mis, manqan, molibden, qurğuşun, vanadium və digər ağır metallarla çirklənib, çayın ekosisteminə və ətraf mühitə ciddi ziyan vurulub”, – deyə qəzet yazır.

Metsamor AES-in Araz çayını çirkləndirməsi ilə Ərdəbildə mədə xərçəngi xəstəliyi artıb

Araşdırmada qeyd olunur ki, elmi araşdırmalar və mütəxəssislərin fikirlərinə əsasən, suyun çirklənməsinin əsas səbəbi Ermənistanın mis mədənləri və Metsamor AES tərəfindən Araz çayına tullantıların yönəldilməsidir: “Metsamor AES-in Araz çayını çirkləndirməsi ilə regionda mədə xərçəngi kimi xəstəliklərin artıb. Bu, xüsusilə Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərini əhatə edib. Əhalisinin sayına görə ölkə əyalətləri içərisində 22-ci yeri tutan Ərdəbil mədə-bağırsaq xərçənginə yoluxma baxımından birinci yerdədir”.

Araşdırmada vurğulanır ki, 2023-cü ilin noyabrında İranla Ermənistan arasında qarşıdakı bir il ərzində Arazın çirklənməsini aradan qaldırmaq barədə razılıq əldə edilsə də, konkret nəticə yoxdur, çirklənmənin səbəbkarı olan Ermənistan tərəfdən hər hansı ciddi addımlar atılmır.

İran və Azərbaycan mətbuatı mövzunu daim diqqətdə saxlayır

Arazın, eləcə də digər transsərhəd çayların Ermənistan tərəfindən çirkləndirilməsi məsələsi artıq xeyli müddətdir ki, həm İran, həm də Azərbaycan tərəfindən qaldırılır. Bu mövzuda İran və Azərbaycan mətbuatında dəfələrlə araşdırma yazılar, təhlillər, məqalələr dərc olunub.

İran rəsmiləri də Araz çayının çirklənməsinə, içməli su qıtlığının, eləcə də digər probleminin yaranmasına Ermənistandakı sənaye müəssisələrinin ciddi təsiri olduğunu dəfələrlə bəyan ediblər.

Azərbaycan QHT-lərinin Nikol Paşinyana məktubu

Bu məsələ Azərbaycan tərəfindən də ciddi problem kimi daim diqqətdə saxlanılır. Hətta Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə 2023-cü ilin iyulunda Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb.

Məktubda Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantılarının Oxçuçayı və Araz çayını çirkləndirdiyi, Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantılarının Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərlədiyi vurğulanır.

Müraciətdə Ermənistanın ekoloji fəlakətə səbəb olan digər fəaliyyətləri də sadalanır, Ermənistan hökuməti məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri