Icma.az
close
up
RU
Ermənistan Araz çayını və ətraf əraziləri ekoloji fəlakətə məruz qoyub

Ermənistan Araz çayını və ətraf əraziləri ekoloji fəlakətə məruz qoyub

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi və radioaktiv maddələr, həmçinin ağır metallarla çirkləndirilir. Aparılan araşdırmalar və müşahidələr bu acınacaqlı faktı əsaslı şəkildə təsdiqləyir. Araz çayı Ermənistan ərazisində kimyəvi sənaye məhsullarının tullantılarına məruz qalır, “Metsamor” AES-in soyudulmasında istifadə edilən radioaktivləşmiş su yenidən Araza qayıdır. Onun çirklənməsi Azərbaycanla yanaşı, İranın da ekologiyasına ziyan vurur.

Arazın suyu Kürə, oradan isə Xəzərə axır. Deməli, nəticə etibarı ilə Ermənistan Araz vasitəsi ilə bütün Xəzər hövzəsinin çirklənməsində əsas rollardan birini oynayır.

Gümrüdən Sədərəyə qədər götürülmüş nümunələrə əsasən, Araz çayının ekoloji çirklənmə göstəriciləri dünyada təyin olunmuş normalardan dəfələrlə artıqdır. Bütün bunlar isə yaxın bölgələrdə məhsuldarlığı azaltmaqla yanaşı, əhali arasında onkoloji xəstəliklərin artmasına da səbəb olur.

“Enviromental Protection First” qeyri-hökumət təşkilatı (QHT) koalisiyasının üzvü Sabit Bağırovun dediyinə görə, Ermənistandan axan çaylar vasitəsilə Azərbaycan ərazisi çirklənmə təhlükəsi ilə üz-üzədir. Ermənistandan Azərbaycana ən azı 6 çay axır. Bu mənada, Araz çayının çirkləndirilməsi riski yüksəkdir: "Bununla bağlı İran mediasında da müvafiq etirazların olduğunu görmüşük. Demək olar ki, Azərbaycanın bütün ərazisi çaylar vasitəsilə çirklənmə təhlükəsi ilə üz-üzədir. Ermənistan Helsinki Konvensiyasına qoşulmayıb. Bu, sərhəd bölgələrdəki çay və göl yataqlarının təmizliyinə cavabdehlik daşıyan bir konvensiyadır. Ermənistanın bu sənədə qoşulmamasının səbəbi, yəqin ki, məlumdur".

"Environmental Protection First" (EPF) Koalisiyasının üzvü, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Əkərək (Aqarat) mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır. Bu, Araz çayının çirkləndirilməsinə ciddi təsir edir: "13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Espoo konvensiyasına açıq müraciət ediblər. Ancaq təəssüf ki, bununla bağlı heç bir nəticə yoxdur".

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov bildirib ki, Ermənistanın Araz çayını çirkləndirməsi bir neçə mərhələdə həyata keçirilir: “Birinci mərhələ Metsamor Atom Elektrik stansiyasında olan çirklənmədir. Metsamor stansiyasında qurğu çox mürəkkəb olduğu üçün çirklənmə həddən artıq yüksək olur. Atom qurğusundan istifadə etməklə su qızdırılır, yüksək temperatura çatdırılır. Daha sonra su buxar halına keçir və turbinə ötürülərək elektrik enerjisi əldə olunur. Həmin su yenidən maye hala keçirilir. Bu zaman radioaktiv maddələrlə çirkləndirmə baş verir. Həmin su ən yaxın çay olan Araz çayına axıdılır. Suda qurğuşun, arsen, mis, maqnezium tullantıları yaranır. Suyun dibinə çökən maddələr çayı zəhərləyirlər. Kiçik canlı orqanizmlər zəhərlənir, daha sonra onlarla qidalanan balıqlar da zəhərlənirlər. Zəncir formasında digər canlı orqanizmlər də zəhərlənirlər".

Məlumata görə, Ərdəbil vilayətində və Araz çayının keçdiyi digər ərazilərdə mədə-bağırsaq, xərçəng xəstəliyinin sayı artmaqdadır. 

Onun sözlərinə görə, Araz çayının çirklənməsinin ikinci mərhələsi Oxçuçay çayı vasitəsi ilə baş verir: "Oxçuçayın hövzəsində Qacaran, Qafan və bir çox mədən sənaye obyektləri var. Dağ mədən sənayesi obyektlərində metal elementləri istehsal olunur. İstehsal prosesində sudan çox istifadə edilir. Həmin emal olunan elementlərdən mis və sair elementləri ayırmaq üçün 350-400 tona yaxın su istifadə edilib ən yaxınlıqdakı çaya axıdılır.

Araz çayı həm İran sərhədində, həm də Azərbaycana daxil olduqda artıq çirklənmiş vəziyyətdə olur. Çirklənmiş su çayın hövzəsində olan kiçik canlıların məhv olmasına səbəb olur. Daha sonra insanlara da zərər vurur. Aparılan monitorinqlərdə bəlli olub ki, çirklənmə həmin ərazilərdə həddən artıq çoxdur".

Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki, faktlar Araz çayında alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadium kimi 59 ağır metalın yüksək konsentrasiyası olduğunu göstərir: “Bu çirklənmənin əsas mənbəyi kimi Ermənistanın mədənçilik fəaliyyəti göstərilir. Araz çayının çirklənməsi çayın sahilində yaşayan icmalar üçün ciddi problemə çevrilib. Yerli sakinlər arasında sağlamlıq problemlərinin artdığı, o cümlədən mədə xərçəngi hallarının çoxaldığı bildirilir. İran tərəfi də Arazın suyunun zəhərlənməsi ilə bağlı kifayət qədər məlumata malikdir və bu, onları da narahat edir”.

Deputatın sözlərinə əsasən, vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, hələ də Ermənistan tərəfindən adekvat reaksiya verilməyib: “Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar dərhal tədbir görülməsini tələb etməlidirlər. Əsas addımlardan biri bütün təsirlənmiş tərəflərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin paylaşılmasıdır. Ermənistan Azərbaycana, İrana, Gürcüstana və Xəzər dənizi bölgəsinə təsir edən çirklənmə səviyyəsinin müstəqil şəkildə monitorinqinə imkan yaratmalıdır. Bütün bunlar onu deməyə əsas verir ki, nəhayət ki, İranda da Ermənistanın yaratdığı ekoloji fəlakətin bütün region üçün təhlükə olduğunu başa düşməyə başlayıblar. Ümid etmək olar ki, İran hökuməti məsələnin ciddiliyini nəzərə alacaq və Ermənistana təzyiqlər göstərəcək”.

Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də “Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub: "Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur.

Demək olar ki, artıq bir çox bitki və heyvanın təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir”.

Transsərhəd çay olan Araz Ermənistanın dağ-mədən və metallurgiya sənayesinə məxsus müəssisələrin kanalizasiya borusuna və ya zibil kollektoruna çevrilib. Bu ölkədə fəaliyyət göstərən yerli və transmilli şirkətlərin sənaye istehsalı və emalı zəncirinin toksik tullantıları Oxçuçay və digər çaylarla Araz çayına axıdılır.

Qızıl, mis, molibden və digər metalların emalı zamanı zavodların kimyəvi, radioloji və toksik tullantıları ilə ciddi şəkildə çirkləndirilən Araz çayı son nəticədə ekoloji terrorun qurbanı kimi həyəcan təbili çalır. Bu prosesdə fəal rol oynayan Ermənistandakı mədən sənayesi üzrə tanınmış xarici şirkətlərin nümayəndələrinin isə heç biri ekoloji soyqırımından narahatlıq hissi keçirmir, öz kapitalist acgözlüyü ilə Azərbaycan da daxil olmaqla, digər ölkələrin torpaq və ekoloji mühitinə divan tutur, bərpaolunmaz deqradasiyaya məruz qoyurlar. Araz çayının çirklənməsi bölgənin ekologiyasına böyük zərər vurur, bölgədə yaşayan insanlar və canlılar üçün ciddi təhlükəyə çevrilir. Araz çayının və digər axar suların çirklənməsi nəticəsində suyun tərkibində yaranmış böyük miqdarda zəhərli maddələr, balıqların kütləvi şəkildə tələf olmasına səbəb olur. Belə bir vəziyyət bölgədəki ekoloji sisteminin korlanmasına və nəhayətində insanların sağlamlığını itirməsinə səbəb olur.

Azərbaycan mediasında gündəm olan Araz çayının çirklənmə məsələsi insan sağlamlığı və Azərbaycan ekologiyası üçün ciddi təhlükə yaradan bir məsələdir. Sosial mediada yayılan videolar və şəkillərdə Araz çayının yaşıl rəng aldığı görünür. Ermənistan və İranın sənaye tullantılarını bu çaya axıtması nəticəsində çay suyu metallar və ağır maddələrlə çirklənir. Bu çirklənmə Azərbaycan üçün böyük bir ekoloji faciənin qapısını aralayır.

Ermənistan dövləti beynəlxalq norma və standartlara riayət etmir və bu isə ekoloji vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Metsamor atom stansiyasının tullantıları da çirklənmədə böyük və təhlükəli bir rol oynayır. Xərçəng və digər sağlamlıqla bağlı problemlər bölgədə yayılmağa başlayıb. Araz çayının çirklənməsi ilə Güney Azərbaycanlıların sağlamlığı təhlükə altındadır. Çirklənmə məsələsinin idarə edilməsi və bu tullantıların neqativ təsirinin dayandırılması çok böyük əhəmiyyət daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Ermənistan uzun illərdir, Azərbaycana qarşı ekoloji terror həyata keçirir. Torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı müddətində ermənilər ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlarımıza ciddi ziyan vurub, hava və suyun çirkləndirilməsi ilə milyonlarla insanın həyatına təhlükə yaradıb. Ermənilərin törətdiyi ekoloji terror, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir. Çünki bu vəhşiliyin nəticəsində regionda ekoloji balans pozulub. Ermənistanın ekoloji terroru bu gün də davam edir. Bu ölkənin dağ-mədən sənayesinin fəaliyyəti çox ciddi risklər və təhlükə törədir.

Azərbaycan tərəfindən dəfələrlə müraciətlərə baxmayaraq, beynəlxalq qurumların adekvat reaksiya verməməsi Ermənistanın ekoloji terroru davam etdirməsinə rəvac verir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see226

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see175

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see144

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see134

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see133

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see129

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see125

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see124

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see122

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see121

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see117

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see117

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see117

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see116

Şimali Koreyadan Yaponiyaya çağırış İkinci Dünya Müharibəsinə görə üzr istə

16 İyun 2025 13:09see116

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see115

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see114

Minnesotada Demokratları güllələməkdə şübhəli bilinən Vens Boelter yaxalanıb

16 İyun 2025 12:24see114

Rumıniya sərhədçiləri ukraynalı cütlüyü 1,4 milyon dollarla saxlayıb

16 İyun 2025 07:54see114

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

16 İyun 2025 16:20see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri