İran millisi dünya çempionatına qatılacaq ya yox? AÇIQLAMA
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirak edəcəyi dəqiqləşib.
Modern.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino CNBC-nin “Invest in America” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İran yığması mundiala mütləq qatılacaq:
“Ümid edirik ki, həmin vaxta qədər vəziyyət sülh olacaq. İran komandası gəlməlidir. Onlar öz xalqını təmsil edir, seçmə mərhələni keçiblər və futbolçular oynamaq istəyir”.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də start götürəcək. İran millisinin qrup mərhələsindəki bütün oyunlarını ABŞ-da keçirməsi planlaşdırılır. Bu oyunların Meksikaya keçirilməsi ilə bağlı təklif isə FIFA tərəfindən rədd edilib.
Xatırladaq ki, mart ayında İranın idman naziri komandanın turnirdə iştirak etməyəcəyini bildirmişdi.
İnfantino isə idmanın siyasətdən kənar qalmalı olduğunu vurğulayıb:
“Biz Yer kürəsində yaşayırıq və reallıqları anlayırıq. Amma körpülər qurmaq və onları qorumaq lazımdır – biz də bunu etməyə çalışırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 16 Aprel 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















