Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İran müharibənin miqyasını, əhatə dairəsini genişləndirməkdə maraqlıdır

İran müharibənin miqyasını, əhatə dairəsini genişləndirməkdə maraqlıdır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İran ətrafında baş verənlərlə bağlı politoloq Arzuman Muradlı Newscenter.az-a müsahibə verib.
-Arzuman bəy, İrana qarşı başlanan hərbi əməliyyat regionumuza, nə vəd edir?
-Əvvəla onu qeyd edim ki, İranın cəzalandırılacağı, fars-molla rejiminə qarşı əməliyyatın həyata keçiriləcəyi şübhəsiz idi. Əvvəlki açıqlamalarda da bunu istisna etməmişdik. Aparılan Amerika-İran danlşıqları da hər iki tərəf üçün vaxt udmağa hesablanmışdı. İran aparılan danışıqlar fonunda uranın zənginləşdirilməsi. nüvə başlığının əldə olunmasını sürətləndirdiyi halda, Birləşmiş Ştatlar isə İran ətrafında hərbi üstünlüyünü artırır, Yaxın Şərqdəki bazalarını hücum təyyarələri ilə zənginləşdirirdi. Bütün bunlar İrana qarşı hərbi əməliyyatın tezliklə başlayacağına dair əminlik formalaşdırırdı. Beləliklə, proqnozlaşdırıldığı kimi İrana qarşı hərbi əməliyyat başladı. Keçən il həyata keçirilən 12 günıük əməliyyatdan fərqli olaraq bu dəfə İran daha ciddi zərbələrlə qarşılaşdı. Ali dini lider başda olmaqla İranın bir neçə yüksək rütbəli rəsmisi öldürüldü. Görünən odur ki, fars-molla rejiminə qarşı əməliyyat hələ bitməyib.
Bu hadisələrin regionumuza təsirinə gəlincə, heş şübhəsiz ki, İranda baş verənlər Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək. Hər şeydən əvvəl bu, humanitar böhrana səbəb olacaq. Hərbi əməliyyatlardan canını qurtarmağa çalışan İran vətəndaşları yaxın region ölkələrinə üz tutacaqlar. Bu da istər-istəməz bölgə ölkələri üçün humanitar problemlər yaradacaq.
Cərəyan edən proseslər İranın region ölkələri ilə iqtisadi əlaqələrinə də mənfi təsir göstərəcək. Ayrı-ayrı ölkələrlə qarşılıqlı ticari əlaqələr zəifləyəcək, birgə nəzərdə tutulan layihələr ertələnəcək. Nəqliyyat, logistika sahəsində regional layihələr yarımçıq qalacaq. Ali dini liderin qisasını alacaqlarını bəyan edən İranın ABŞ və İsrailin region ölkələrindəki səfirlik və diplomatik korpusları, eləcə də şirkətlərini hədəf alacağı da istisna deyil. Bu da təbii ki, region ölkələrində gərginlik yaranması baxımından xoşagələn hal olmazdı. Bir sözlə region İrana qarşı hərbi əməliyyatlar fonunda az təsir görməyəcək.
-Bəs, Azərbaycana istər siyasi, istərsə də iqtisadi və humanitar baxımdan nə kimi mənfi təsirləri ola bilər?
-Siyasi baxımdan elə də ciddi təsir gözlənilmir. Ən azı ona görə ki, rəsmi Bakı hər zaman bölgədə sülh və sabitlik tərəfdarı olub. Dünyada mövcud olan hər bir münaqişə, problem kimi İran məsələsinin də danışıqlar yolu ilə həllində maraqlı olduğunu ifadə edib, bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edib. Hazırda da rəsmi Bakı İran məsələsi ətrafında diplomatic fəallığını davam etdirir, Azərbaycan XİN regionda baş verən son hadisələr fonunda ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə məsləhətləşmələr aparır. Heç şübhəsiz ki, bu da İslam Respublikası tərəfindən izlənilir, təqdir olunur. Əgər hərbi əməliyyatlar böyük bir savaş halına keçərsə, təəssüflər olsun ki, keçmə şansı daha çoxdur, o zaman İran məsələsi Azərbaycana siyasi baxımdan təsir göstərə bilər. Bildiyimiz qədər İran BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər ölkələrə də raket zərbəsi endirir. İranın zərbə endirdiyi ölkələrin Azərbaycanla sıx əlaqələrdə olduğunu nəzərə alsaq, böyük müharibə baş verəcəyi təqdirdə Azərbaycanın siyasi baxımdan seçim etmək çətinlyi qarşısında qalacağını deyə bilərik.
-Sizcə İranın ali dini lideri başda olmaqla bir neçə yüksək rütbəli rəsmisinin öıldürülməsi ilə proses başa çatacaq, yoxsa gərginlik hələ irəlidədir?
-Xeyr. Mən deyərdim ki, hələ gərginlik yeni başlayır. Prosesləri izləyərkən belə qənaətə gəlmək olur ki, İran müharibənin miqyasını, əhatə dairəsini genişləndirməkdə maraqlıdır. Körfəz ölkələrindəki ABŞ hərbi bazalarını raket zərbəsinə məruz qoyan İran, indi də Avropa ölkələri, konkret olaraq Böyük Britaniyanı oyuna çəkmək istəyir. Bu ölkənin Kiprdəki bazasına zərbə endirib. Eyni zamanda NATO-nun İraqdakı bazasına hücum təşkil edib. Göründüyü kimi İran gözünü yumub hər tərəfi bombalamaqla məşğuldur ki, bu da Tehran üçün müsbət heç nə vəd etmir. İraqdakı NATO bazasına hücum hərbi alyansın İrana qarşı hərbi əməliyyata qoşulmasına yol aça bilər. Əslində molla rejiminin məqsədi də budur ki, NATO savaşa qoşulduğu halda, Rusiya və Çin də İran cəbhəsində yer alsın və müharibənin miqyası genişlənsin. Ancaq hesab edirəm ki, İran yanılır. Çünki Rusiya indiki halda İranla bərabər müharibəyə qoşulmaqda maraqlı deyil. Çünki Moskvanın özünün Ukrayna kimi problem var. Çin də yalnız hərbi dəstək verə bilər. Bir sözlə İran aqressiv addımları ilə sonunu gətirir.
-Bəs, mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır?
-Düşünürəm ki, Azərbaycan dövləti və onun rəhbərliyi lazım olan addımları atır. Mövcud situasiyaya uyğun nə etmək lazımdırsa, Azərbaycan hakimiyyəti həyata keçirir. Eyni zamanda təhlükəsizlik tədbirlərini də gücləndirib. Qeyd etdiyimiz kimi rəsmi Baki problemin diplomatic yolla həllinə maraqlı olub və bu gün də öz mövqeyində qalır.
Süleyman İsmayılbəyli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Mart 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri