Icma.az
close
up
RU
İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… Gerçəklər

İran müharibəsi niyə başladı? Tramp haqda şok sənədlər iddiası… Gerçəklər

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə baş verən hadisələrdə iki antoqonist, təhlükəli cəhəti var: 1) ABŞ və İsrailin hədəfləri tamamən fərqlidir, 2) İsraildə və İranda, hər iki ölkədə dini alətə çevirən fanatiklər hakimiyyətdədir.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ABŞ-ın hədəfi, yeni doktrinası dünyada enerji və logistikaya bacardıqca daha çox nəzarət etməkdir:

“Yenilənmiş “DonRo” doktrinası məhz buna xidmət edir – ABŞ istəyir ki, daha az vəsait xərcləməklə, dünyada hərbi bazaların sayını kəskin azaltmaqla Amerika qitəsinin tamamına, yerdə qalan dünya xəritəsində isə enerji qaynaqlarına və “karvan yollarına” (qurudan, dənizdən – fəqri yoxdur) nəzarət etsin. Bu yeni doktrina Çinlə mübarizədə, rəqabətdə ən vacib detaldır.

İsrail isə əlinə fürsət düşmüşkən İranı tamamən gücdən salmağa, bacarsa, rejimi dəyişməyə çalışır və bunu irrosional fanatizmlə, hüquq, qayda tanımazcasına həyata keçirir. ABŞ-ın İranda kimin hakimiyyətdə olacağı vecinə deyil – təki anlaşsınlar, hətta dini fanatiklərin hakimiyyətdə qalmasında da maraqlıdırlar ki, bölgədəki ərəb ölkələri, o cümlədən İsrail də, həmişə qorxsunlar, çəkinsinlər və ABŞ-a möhtac qalsınlar”.

N.Cəfərli deyib ki, İrandakı müharibə ilə bağlı bir neçə nəzəriyyə var:

“Bu mənzərəyə baxanda bir neçə geniş yayılmış tezisin, əsasən də qardaş Türkiyə TV-lərindən axan və bizim cəmiyyətə də ciddi təsir edən fikirlərə münasibət bildirmək istədim. Türkiyə və Avropa mediasında yayılmış tezislər:

1) “ABŞ, Tramp “Epşteyn işini” unutdurmaq üçün müharibəyə başladı” – Dostlar, Epşteyn məsələsi, indi açıqlanan fayllar 2019-cu ildən ABŞ Ədliyyə Nazirliyində artıq var idi. 2020-də hakimiyyətə kim gəldi – bəli, Demokratlar və Bayden. Onların ən böyük rəqibi, ən zəhləsi gedən adam kim idi – doğrudur, Tramp və komandası. Yaxşı, 2019-cu ildən mövcud olan fayllarda Trampa qarşı çox kəskin kompromatlar var idisə, Bayden və komandası hakimiyyətdə olduqları 4 ildə nədən onları yayıb Trampı yerə gömmədilər?! Çox asan olardı axı – faylları açırsan, Trampla bağlı bütün video-fotoları yayırsan, Tramp siyasi olaraq məhv olur, rəqib olmaqdan çəkilir, 2024-cü ildə də rahat Respublikaşıları udursan – çünki, Trampdan başqa normal, xarizmatik namizədləri yox idi. Yaxşı, “Epşteyn faylarını” kim açdı? Bəli, Tramp, fərman imzaladı ki, bütün fayllar açılsın.

2) “ABŞ və İsrail üçün Hörmüz boğazının bağlanma cəhdi və regiondakı ABŞ hərbi bazalarının, Körfəz ölkələrinin vurulması sürpriz oldu” – Yəqin ki, bu tezisi 500 dəfə eşitmisiniz, dostlar, ABŞ-ın 18 xüsusi xidmət orqanı var, keçən ilki 12 günlük müharibədən sonra, sosial şəbəkə iştirakçıları divanda oturub, dünya mediası redaksiyada oturub 5000 dəfə yazırdılar ki, yeni müharibə olsa İran Hörmüzü bağlaya, Körfəz ölkələrini vura bilər. Yaxşı, bunu biz bildik (keçən il müsahibələrdə dəfələrlə mən də demişdim), 18 xüsusi xidmət orqanı olan ABŞ, bunu bilmirdi, hesablamamışdı, eləmi?!

3) “ABŞ və İsrail plansız-proqramsız müharibəyə başladı, indi də bataqlığa batıblar” – Dostlar, İsrail “peycer əməliyyatını” 3 il planlamışdı, ABŞ Venesuella əməliyyatını aylarla hazırlamışdı, indi deyirsiniz ki, bu iki ölkə plansız, düşünmədən müharibəyə girib?! Olmur belə.

Qardaş Türkiyə TV kanallarının adını elə-belə çəkmədim, özümüzün TV məkanı cəlbedici deyil, hökumət böyük ekranı balaca ekrana (telefona) uduzub, ölkə əhalisinin 60%-ə yaxını Türkiyə TV kanallarına baxır, düşüncələrinə o kanallardan yayılan məlumatlar ciddi təsir edir.

Məncə, hökumət bu haqda düşünməlidir – daxili müzakirələri bu qədər sıxanda, xalqın təsəvvürlərini başqaları, doğma, əziz də olsa, yenə də başqaları formalaşdırır. Bunu unutmayaq”.

DOĞRU.AZ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://dogru.az
archiveBu xəbər 27 Mart 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri