Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

İran müharibəsi niyə başladı? Tramp haqda sensasion sənəd... Gerçəklər

İran müharibəsi niyə başladı? Tramp haqda sensasion sənəd... Gerçəklər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Yaxın Şərqdə baş verən hadisələrdə iki antoqonist, təhlükəli cəhəti var: 1) ABŞ və İsrailin hədəfləri tamamən fərqlidir, 2) İsraildə və İranda, hər iki ölkədə dini alətə çevirən fanatiklər hakimiyyətdədir.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ABŞ-ın hədəfi, yeni doktrinası dünyada enerji və logistikaya bacardıqca daha çox nəzarət etməkdir:

“Yenilənmiş “DonRo” doktrinası məhz buna xidmət edir – ABŞ istəyir ki, daha az vəsait xərcləməklə, dünyada hərbi bazaların sayını kəskin azaltmaqla Amerika qitəsinin tamamına, yerdə qalan dünya xəritəsində isə enerji qaynaqlarına və “karvan yollarına” (qurudan, dənizdən – fəqri yoxdur) nəzarət etsin. Bu yeni doktrina Çinlə mübarizədə, rəqabətdə ən vacib detaldır.

İsrail isə əlinə fürsət düşmüşkən İranı tamamən gücdən salmağa, bacarsa, rejimi dəyişməyə çalışır və bunu irrosional fanatizmlə, hüquq, qayda tanımazcasına həyata keçirir. ABŞ-ın İranda kimin hakimiyyətdə olacağı vecinə deyil – təki anlaşsınlar, hətta dini fanatiklərin hakimiyyətdə qalmasında da maraqlıdırlar ki, bölgədəki ərəb ölkələri, o cümlədən İsrail də, həmişə qorxsunlar, çəkinsinlər və ABŞ-a möhtac qalsınlar”.

N.Cəfərli deyib ki, İrandakı müharibə ilə bağlı bir neçə nəzəriyyə var:

“Bu mənzərəyə baxanda bir neçə geniş yayılmış tezisin, əsasən də qardaş Türkiyə TV-lərindən axan və bizim cəmiyyətə də ciddi təsir edən fikirlərə münasibət bildirmək istədim. Türkiyə və Avropa mediasında yayılmış tezislər:

1) “ABŞ, Tramp “Epşteyn işini” unutdurmaq üçün müharibəyə başladı” – Dostlar, Epşteyn məsələsi, indi açıqlanan fayllar 2019-cu ildən ABŞ Ədliyyə Nazirliyində artıq var idi. 2020-də hakimiyyətə kim gəldi – bəli, Demokratlar və Bayden. Onların ən böyük rəqibi, ən zəhləsi gedən adam kim idi – doğrudur, Tramp və komandası. Yaxşı, 2019-cu ildən mövcud olan fayllarda Trampa qarşı çox kəskin kompromatlar var idisə, Bayden və komandası hakimiyyətdə olduqları 4 ildə nədən onları yayıb Trampı yerə gömmədilər?! Çox asan olardı axı – faylları açırsan, Trampla bağlı bütün video-fotoları yayırsan, Tramp siyasi olaraq məhv olur, rəqib olmaqdan çəkilir, 2024-cü ildə də rahat Respublikaşıları udursan – çünki, Trampdan başqa normal, xarizmatik namizədləri yox idi. Yaxşı, “Epşteyn faylarını” kim açdı? Bəli, Tramp, fərman imzaladı ki, bütün fayllar açılsın.

2) “ABŞ və İsrail üçün Hörmüz boğazının bağlanma cəhdi və regiondakı ABŞ hərbi bazalarının, Körfəz ölkələrinin vurulması sürpriz oldu” – Yəqin ki, bu tezisi 500 dəfə eşitmisiniz, dostlar, ABŞ-ın 18 xüsusi xidmət orqanı var, keçən ilki 12 günlük müharibədən sonra, sosial şəbəkə iştirakçıları divanda oturub, dünya mediası redaksiyada oturub 5000 dəfə yazırdılar ki, yeni müharibə olsa İran Hörmüzü bağlaya, Körfəz ölkələrini vura bilər. Yaxşı, bunu biz bildik (keçən il müsahibələrdə dəfələrlə mən də demişdim), 18 xüsusi xidmət orqanı olan ABŞ, bunu bilmirdi, hesablamamışdı, eləmi?!

3) “ABŞ və İsrail plansız-proqramsız müharibəyə başladı, indi də bataqlığa batıblar” – Dostlar, İsrail “peycer əməliyyatını” 3 il planlamışdı, ABŞ Venesuella əməliyyatını aylarla hazırlamışdı, indi deyirsiniz ki, bu iki ölkə plansız, düşünmədən müharibəyə girib?! Olmur belə.

Qardaş Türkiyə TV kanallarının adını elə-belə çəkmədim, özümüzün TV məkanı cəlbedici deyil, hökumət böyük ekranı balaca ekrana (telefona) uduzub, ölkə əhalisinin 60%-ə yaxını Türkiyə TV kanallarına baxır, düşüncələrinə o kanallardan yayılan məlumatlar ciddi təsir edir.

Məncə, hökumət bu haqda düşünməlidir – daxili müzakirələri bu qədər sıxanda, xalqın təsəvvürlərini başqaları, doğma, əziz də olsa, yenə də başqaları formalaşdırır. Bunu unutmayaq”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Mart 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri