Icma.az
close
up
RU
İran müttəfiqlərinə xəyanət edir Tehran ABŞ la gizli anlaşma içində

İran müttəfiqlərinə xəyanət edir Tehran ABŞ la gizli anlaşma içində

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ-ın hava zərbələrini genişləndirməsi fonunda İran Yəməndəki hərbi personalını geri çağıraraq husi müttəfiqlərindən uzaqlaşmağa başlayıb. İranlı yüksək səviyyəli rəsmilərdən biri bildirib ki, bu qərarın əsas məqsədi İran əsgərlərinin ABŞ hücumlarında hədəf alınmasının və bunun nəticəsində birbaşa qarşıdurmanın qarşısını almaqdır. 

Həqiqətənmi ⁠İran husilərin və digər proksi qüvvələrin arxasından çəkilir? ABŞ-la hərbi toqquşmadan yayınmaq üçün Vaşinqtonla anlaşıb?

Sədrəddin Soltan

Globalinfo.az-a danışan politoloq Sədrəddin Soltan deyib ki, ötən gün ABŞ, Yəmənin husi qiyamçılarının nəzarəti altında olan obyektləri və hərbi bazaları hədəf alıb:

“Bu zərbələr nəticəsində husi daxili işlər nazirinin müavininin köməkçisi ölüb. ABŞ və İsrail, Qəzzada HƏMAS-ı, Livanda isə “Hizbullah”ın liderlərini və aparıcı qüvvələrini sıradan çıxardığı kimi, Yəməndə də husilərin liderlərini və aparıcı qüvvələrini sıradan çıxartmaqla məsələni yekunlaşdırmağa çalışır. Livanda SEPAH komandirlərindən birinin öldürülməsi İran üçün örnək oldu. Tehran hakimiyyəti buna görə regiondan qüvvələrini çıxartmağa çalışır. Rəsmi Tehran həm də İsrail və ABŞ-a danışıqlarla bağlı mesaj göndərdi. Heç də təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp “Reuters”ə müsahibəsində İranın birbaşa danışıqlar istədiyini bildirib. İranın vasitəçilərlə Vaşinqtonla əlaqə yaratmaq cəhdlərinə ehtiyac olmadığını da diqqətə çatdırıb. Tramp İranın vasitəçilər fonunda, danışıqlara əlavə şahidlər cəlb etməyə çalışdığını düşünür.

İran isə ABŞ-la hərbi qarşıdurmadan çəkinir. İran rəsmiləri müxtəlif formalarda müharibə niyyətində olmadıqlarını bildirirlər və bir növ ABŞ şərtləri ilə razılaşdıqlarını etiraf edirlər.

İranın husilərdən uzaqlaşması, Tehranın ABŞ, Qərblə yaxınlaşması və anlaşması üçün növbəti addım sayıla bilər.

Ümumiyyətlə, yaxın günlərdə ABŞ-İran-İsrail qarşıdurması baş verməyəcək. Amma vasitəçilik, yaxud da vasitəçi olmadan İran-ABŞ arasında bir-iki ay ərzində danışıqların olması istisna edilmir.”

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri