İran XİN: Tehran ABŞ la əlaqələrin yeni formatını hazırlayır
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
İran hazırda ABŞ-la danışıqlar aparmır və dialoqun bərpası ilə bağlı qərar hələ qəbul edilməyib. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, vasitəçi ölkələr – Qətər və Pakistan İranla əlaqə saxlayır və mesaj mübadiləsi aparırlar. Lakin nazir bunun danışıqlar anlamına gəlmədiyini vurğulayıb.
Əraqçi bildirib ki, ABŞ-la əvvəlki əlaqə kanalları artıq effektiv deyil və dialoq üçün yeni mexanizm müəyyənləşdirilməlidir.
“Hazırda müvəqqəti kanal hazırlayırıq. Sonrakı mərhələdə bu kanal daimi mexanizmə çevriləcək”, – deyə İran XİN rəhbəri bildirib.
Qeyd edək ki, avqustun 8-də ABŞ-ın vitse-prezidenti Cey Di Vens Tehranla münaqişənin nizamlanması üzrə danışıqlarda “müəyyən irəliləyiş” olduğunu açıqlamışdı.
Həmin gün İran tərəfi Hörmüz boğazında gəmiçiliyin bərpası üçün ABŞ-a bir sıra şərtlər irəli sürüb. Tehran hərbi əməliyyatların və İrana, eləcə də onun müttəfiqlərinə qarşı təhdidlərin dayandırılmasını, dəniz blokadası və sanksiyaların ləğvini, İranın dondurulmuş aktivlərinin açılmasını, həmçinin müharibə zamanı ölkəyə dəymiş zərərin tam kompensasiya edilməsini tələb edib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 15 Avqust 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















