İran neft gəlirlərini sənayenin bərpasına yönəldir
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İranın neft naziri Möhsün Paknejad bildirib ki, İranın neft satışları son dövrlərdə yaxşılaşıb və əldə olunan gəlirin bir hissəsi sənayenin bərpasına yönəldiləcək.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, nazir vəsaitlərin bölüşdürülməsinin optimallaşdırılmasının vacibliyini vurğulayaraq prioritetlərin əldə olunan nəticələrə əsasən müəyyən edilməli olduğunu bildirib.
Bildirilir ki, ayrılan vəsaitin bir hissəsi ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturu da daxil olmaqla sənaye obyektlərinin bərpasına sərf olunacaq.
Paknejad həmçinin qeyd edib ki, neft sənayesi işçiləri çətin şəraitdə fəaliyyətlərini davam etdirir və onların rolu xüsusi əhəmiyyət daşıyır.
O əlavə edib ki, İran Milli Neft Şirkətinin tənzimləyici funksiyası xüsusilə neft-kimya sektorunda həlledici əhəmiyyətə malikdir və bu sahədə mexanizmlərin gücləndirilməsi zəruridir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 Aprel 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















