İran nüvə proqramını dayandırmayacaq ESLAMİ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İranın nüvə texnologiyalarının inkişafını dayandırmaq mümkün deyil.
Modern.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Rəşt şəhərində radiasiya emalı mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Tehranın nüvə silahı yaratmağa çalışması ilə bağlı ittihamlar ölkənin elmi və texnoloji inkişafını məhdudlaşdırmaq məqsədi daşıyır.
Eslami bildirib ki, nüvə texnologiyalarının inkişafı İranın elmi müstəqilliyini, texnoloji imkanlarını və beynəlxalq nüfuzunu gücləndirir.
O, nüvə texnologiyalarının bəşəriyyətin mühüm nailiyyətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə fəaliyyətin beynəlxalq norma və qaydalar çərçivəsində həyata keçirilməli olduğunu qeyd edib.
Eslami, həmçinin radiasiya texnologiyalarının kənd təsərrüfatında tətbiqinin ölkənin idxaldan asılılığını azaltmağa və ixrac imkanlarını genişləndirməyə xidmət etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Noyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















