Icma.az
close
up
RU
“İran nüvə silahını bir ilə əldə edə bilər, ABŞ proqramı dayandıra bilməyib“ “Reuters“

“İran nüvə silahını bir ilə əldə edə bilər, ABŞ proqramı dayandıra bilməyib“ “Reuters“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Kəşfiyyat qiymətləndirmələri İranın nüvə silahına gedən yolunun hələ də açıq qaldığını göstərir..."

ABŞ və İsrailin hücumlarına baxmayaraq, İranın təxminən bir il ərzində nüvə silahı hazırlamaq potensialı qalır.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

ABŞ İranın nüvə proqramının əsasını məhv etməyib

Qeyd edilir ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, son zərbələr proqramı əsaslı şəkildə geri salmayıb və əvvəlki müddət demək olar ki, dəyişməyib.

Analitiklər əvvəl də hesab edirdilər ki, İrana nüvə silahı üçün təxminən bir il lazımdır və yeni qiymətləndirmələr də bunu təsdiqləyir. 

Münaqişə ABŞ prezidenti Donald Trampın dövründə başlayıb, lakin 7 aprel atəşkəsindən sonra vəziyyət dalana dirənib. Eyni zamanda İran Hörmüz boğazında hərəkəti məhdudlaşdıraraq qlobal neft axınının təxminən 20 faizinə təsir göstərib və enerji bazarında gərginlik yaradıb.

Zərbələr və nəticələr

ABŞ və İsrailin hücumları əsasən hərbi obyektlərə yönəlib, İsrail isə paralel olaraq nüvə infrastrukturlarını da hədəf alıb. İyunda ABŞ Natanz, Fordo və İsfahan kimi əsas nüvə obyektlərinə zərbələr endirib və uranın zənginləşdirilməsi ilə bağlı infrastruktura ciddi ziyan vurulub. Bununla belə, kəşfiyyat İranın nüvə materiallarının əsas hissəsini hələ də saxladığını bildirir. 

Beynəlxalq müşahidəçilər təxminən 440 kq 60 faizə qədər zənginləşdirilmiş uranın yerini müəyyən edə bilməyib və onun bir hissəsinin yeraltı obyektlərdə gizlədildiyi ehtimal olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamasına görə, bu ehtiyatlar əlavə zənginləşdirmə ilə 10-a qədər nüvə başlığı istehsal etməyə kifayət edir.

Proqram niyə dayanmadı

Müharibədən əvvəl İranın nüvə silahı hazırlama müddəti 3-6 ay olaraq qiymətləndirilirdi, hücumlardan sonra bu rəqəm 9-12 aya yüksəlib və dəyişməyib. Səbəb zərbələrin əsasən hərbi və infrastruktur hədəflərə yönəlməsi, nüvə materialının isə tam sıradan çıxarılmamasıdır.

ABŞ daxilində isə daha sərt ssenarilər də müzakirə olunur, o cümlədən yeraltı komplekslərdən uranın götürülməsi kimi riskli əməliyyatlar. Pentaqon rəsmiləri İranın nüvə silahı əldə etməsinin qarşısının həm təzyiq, həm də danışıqlar yolu ilə alınmalı olduğunu bildirir.

ABŞ vitse-prezidenti Cey Di Vens isə açıq şəkildə deyib: "İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilə bilməz". İran isə öz növbəsində nüvə silahı hazırladığını inkar edir və rəsmi qiymətləndirmələrə görə, hərbi proqramın 2003-cü ildə dayandırıldığını bildirir, baxmayaraq ki, şübhələr qalmaqdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 May 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri