Icma.az
close
up
RU
İran olmaz dedi, İsrail kəsib atdı MOSSAD oranı araşdırır

İran olmaz dedi, İsrail kəsib atdı MOSSAD oranı araşdırır

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması diqqət çəkir. XİN başçısı ABŞ və İsrailin mümkün hücumuna qəti və açıq cavab veriləcəyini söyləyib. Bu bəyanat bölgədə onsuz da gərgin olan vəziyyəti daha da alovlandırıb.

Maraqlıdır ki, son günlər İranın ABŞ və İsraillə yenidən müharibəyə girəcəyinə dair fikirlər tez-tez səsləndirilir.

Bu ehtimallar nə dərəcədə realdır? Cəmi bir neçə ay əvvəl yaşanan 12 günlük müharibədə ağır itkilər verən İran, bu qədər qısa müddətdə toparlana bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, İran və İsrail uzun illərdir bir-birinə düşmən mövqedə olan ölkələrdir:

“İran bu münasibəti gizlətmir. Rəsmi Tehran 1979-cu il inqilabından sonra İsraili açıq şəkildə düşmən elan edib və siyonist rejimin məhv edilməsini arzuladığını açıqlayıb. Təl-Əviv isə öz növbəsində dəfələrlə bildirib ki, İranın nüvə silahına sahib olması İsrail üçün birbaşa təhlükədir və silahın onlara qarşı istifadə olunacağından ehtiyat edir. Bu səbəbdən Qərb dövlətləri, xüsusilə ABŞ, İsrailin təhlükəsizliyini qorumaqda maraqlıdır”.

Deputatın sözlərinə görə, Təl-Əviv Tehranın hədə-qorxu ritorikasına qarşı ABŞ-ın da daxil olduğu Qərb blokunu arxasına almağa nail olub:

“İsrail artıq özünü nüvə dövləti kimi möhkəmləndirib. Son 12 günlük müharibə zamanı bir çox reallıqlar üzə çıxdı. İran tərəfi “şirin quyruğunu qaldırmaq olmaz”, deyə bəyanatlar verirdi, lakin faktiki olaraq Təl-Əviv həmin “quyruğu” kəsib atdı. Hərbi və strateji baxımdan güclü hesab edilən İran aciz duruma düşdü. Hətta ölkənin ali rəhbəri Seyid Əli Ayətullah Xamenei belə bunkerdə gizlənməyə məcbur qaldı.


Elşad Musayev

İran hücumlara cavabında mövcud silah arsenalından istifadə edərək İsrailə bir neçə raket zərbəsi endirdi. Bu halda ABŞ prosesi nəzarətə götürərək İranın nüvə obyektlərini hədəfə aldı. Ardınca tərəflər arasında qısa bir fasilə yarandı”.

Deputat hesab edir ki, hazırda ABŞ üçün bölgədə genişmiqyaslı müharibəyə başlamaq sərfəli deyil, lakin indi müvəqqəti sakitlikdir:

“Əgər İran nüvə silahı proqramını davam etdirərsə, bu, İsrailə yeni hərbi əməliyyatlar üçün əsas verəcək. MOSSAD artıq İranın ballistik raketlərinin harada istehsal edildiyi və gizlədildiyi ilə bağlı geniş araşdırmalar aparır. Bu iki ölkə arasında hər an yenidən müharibə alovlana bilər. Belə bir ssenari baş verərsə, İran ciddi zərər görəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri