Icma.az
close
up
RU
İran Oman razılaşması: Tehranın əli güclənir

İran Oman razılaşması: Tehranın əli güclənir

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İran və Oman arasında müzakirə olunan razılaşma layihəsi Tehranın Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət səlahiyyəti əldə etməsini nəzərdə tutur.

“Bakupost” xəbər verir ki, layihənin məqsədi aylardır davam edən ABŞ-İran qarşıdurmasına son qoymaqdır.

Məlumata görə, razılaşma qüvvəyə minərsə, bu, regionda qüvvələr balansını İranın xeyrinə dəyişə bilər.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə İranla Oman arasında müvafiq razılaşmanın əldə olunması belə Vaşinqton-Tehran qarşıdurmasına son qoymayacaq:

“İran və ABŞ arasında baş verən son münaqişə heç nəyin ilk baxışdan göründüyü kimi olmadığını göstərdi”.

Ekspertin sözlərinə görə, hadisələrin gedişi fonunda ABŞ-nin Hörmüz boğazına tam nəzarət etmək imkanlarının elə də geniş olmadığı ortaya çıxdı:

“Çünki belə bir nəzarəti təmin etmək üçün böyük hərbi qüvvə, ciddi maddi resurslar və uzunmüddətli hərbi imkanlar tələb olunur. Hətta dünyanın ən zəngin və güclü dövlətlərindən biri olan ABŞ üçün bunu tam şəkildə həyata keçirmək asan deyil”.

Müsahibimiz İranın bu məsələdə müəyyən üstünlüklərə malik olduğu qənaətindədir:

“Çünki söhbət İranın birbaşa yerləşdiyi regiondan gedir. İran coğrafi baxımdan özünə yaxın ərazidə, daha məhdud resurslarla, lakin yerli imkanlardan istifadə etməklə ciddi müqavimət təşkil edə bilir. Bu da hərbi gücün yalnız silah və texnologiya ilə ölçülmədiyini göstərir. Coğrafiya, logistika və əraziyə yaxınlıq da ən azı digər amillər qədər əhəmiyyətlidir”.

Konfliktoloq düşünür ki, bu məsələnin son nəticədə İran və Oman arasında müəyyən razılaşma yolu ilə həlli mümkündür:

“İran və Oman Hörmüz boğazında təhlükəsizliyin və gəmiçiliyin təmin edilməsi məsələsində birlikdə hərəkət etmək istiqamətində addımlar ata bilərlər”.

Amma həmsöhbətimiz deyir ki, sözügedən razılaşma Tehranın mövqeyinin güclənməsinə xidmət edəcəksə, Vaşinqton birmənalı şəkildə onun əleyhinə çıxacaq:

“Ona görə də burada əsas suallardan biri ABŞ-nin belə bir razılaşmaya münasibətidir. Ortaya çıxacaq razılaşma İranın mövqeyini müəyyən mənada gücləndirəcəksə, Vaşinqtonun bunu müsbət qarşılayacağını düşünmürəm. ABŞ tərəfindən müəyyən etirazların və siyasi təzyiqlərin olması mümkündür.

Ümumiyyətlə, mən hazırkı ABŞ hakimiyyəti dövründə bu problemin qısa müddətdə və tam şəkildə həll olunacağına bir qədər skeptik yanaşıram. Bununla belə, hadisələrin sonrakı inkişafı bir çox məsələyə aydınlıq gətirəcək. Qarşıdakı proseslər göstərəcək ki, tərəflər hərbi qarşıdurmadan daha çox hansı formada siyasi və regional razılaşmaya gedə biləcəklər”.

Rüfət Sultan,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Avqust 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri